Avropaya gedənlər üçün pis xəbər var - XƏRCLƏRİ ARTACAQ

Azərbaycanda avro kəskin bahalaşıb
Xəbərlər 14 Sentyabr 2017 13:39 797
Avropaya gedənlər üçün pis xəbər var - XƏRCLƏRİ ARTACAQ

Sentyabr ayının 14-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Seyyah.az turizm portalı xəbər verir ki, fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat təşkil edir.

  Avro isə dollardan fərqli olaraq “qara bazar”da yenidən bahalaşıb. Avropa valyutasının alışı 2.15 manatdan 2.20 manat qalxıb, satışı isə 2.30 manatdan 2.50 manata kimi yüksəlib. Başqa sözlə, avronun satışı bir gündə 8,6% son iki gündə isə 16,3%bahalaşıb. Bu isə rekord göstəricidir.

Ötən aydan etibarən bahalaşmağa başlayan Rus rublunun məzənnəsi isə nisbətən stabilləşib. Belə ki, hazırda rublun alışı 2.90 qəpik, satışı isə 2.93 olaraq qalıb. 

OXŞAR XƏBƏRLƏR