Azərbaycanlıların Kiyev sevgisi - İlk onluğa düşdük

Azərbaycanlıların Kiyev sevgisi - İlk onluğa düşdük
Xəbərlər 15 Sentyabr 2017 00:53 713
Azərbaycanlıların Kiyev sevgisi - İlk onluğa düşdük

Bu ilin altı ayında Kiyevə 688,47 min xarici turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,43 faiz azdır.

 

Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 

Hesabatda qeyd olunur ki, Kiyevə gələn ən çox xarici turistlərin siyahısında Azərbaycan ilk onluğa düşüb. İlk onluqda bu ölkələr yer alıb - İsrail, ABŞ, Almaniya, Belarus, Türkiyə, Böyük Britaniya, Azərbaycan, Fransa, İtaliya və Gürcüstan.

 

Məlumata görə, bu il ərzində Kiyevə 1,4 milyon xarici turistin gəlməsi proqnozlaşdırılır.

 

© Marja.az

OXŞAR XƏBƏRLƏR