Bu məlumat Birləşmiş Krallığa viza üçün müraciət edənlər üçündür

Onlayn Viza ərizələrinə baxılma prosesi Viza və İmmiqrasiya Şöbəsi tərəfindən həyata keçirilir
Xəbərlər 20 Iyun 2014 00:00 1881
Bu məlumat Birləşmiş Krallığa viza üçün müraciət edənlər üçündür

Britaniya səfirliyi Birləşmiş Krallığa viza üçün müraciətlə bağlı məlumat yayıb. Seyyah.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, onlayn Viza ərizələrinə baxılma prosesi Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinə tabe olan Viza və İmmiqrasiya Şöbəsi tərəfindən həyata keçirilir. Bu proses Ölkədəki Britaniya səfirliyi və ya bizim kommersia tərəfdaşlarımız tərəfindən idarə olunmur.  Bəzi texniki məsələlər meydana çıxsa da, Vizalar və İmmiqrasiya Şöbəsi bu problemləri həll edib və sistem hal-hazırda işləyir.

 

Bununla belə, bəzi istifadəçilər hələ də sistəmə  girişlə bağlı çətinlik çəkirlər və bu, uyğun olmayan internet proqramlarından istifadədən irəli gələn məsələdir. Müvafiq internet proqramlarının siyahısı Britaniyaya Viza ilə bağlı mövcud olan internet səhifəsində  (Visa4UK) verilib. Əgər istifadəçilər internet üzərindən ərizə vermək üçün sistemə girməkdə  çətinliklə üzləşərlərsə,  Google Chrome proqramından istifadə etmək tövsiyyə olunur. Bu məsələ, eləcə də onlayn istifadə zamanı ola biləcək digər problemlər haqqında necə məlumat vermək üçün tövsiyyələr bizim veb səhifəmizdə  ( www.gov.uk/visas-immigration ) verilib.

 

Birləşmiş Krallığa Viza üçün müraciət etmək məqsədilə hər hansı sa viza agentlərinin xidmətlərindən istifadə etmək zəruri deyildir. Bütün ərizəçilər yuxarıda göstərilən veb səhifə  vasitəsilə viza üçün birbaşa olaraq müraciət edə bilərlər.

 

Birləşmiş Krallığın Vizalar və İmmiqrasiya Şöbəsi bütün şikayətləri tam ciddi qəbul edir və qeyri-qanuni davranışla bağlı hər hansısa bir iddia və ya şikayət müfəssəl formada təhlil olunub araşdırılacaq.

OXŞAR XƏBƏRLƏR