Dağlar altındakı su mağarasının sirri

Dağlar altındakı su mağarasının sirri
Xəbərlər 16 Sentyabr 2017 00:20 667
Dağlar altındakı su mağarasının sirri

İranın Həmədan vilayəti əhalisinin əksəriyyəti Azərbaycan türkü olan vilayətlərdən biridir.

Amma son onilliklərdə bu vilayətə köçlər nəticəsində demoqrafik tərkib dəyişilib.

2010-cu il göstəricilərinə görə, əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlılardan (59 faiz) başqa burada farslar, kürdlər, ləklər və lorlar yaşayır.

Əhalisinin sayı 1,8 milyona yaxındır.

 

Həmədanı dünyada tanıdan səbəblərdən biri yeraltı su mağaralarından Əli Sədrin bu vilayətdə olmasıdır. Şəhərdən 75 km uzaqlıda yerləşən Əli Sədr kəndində Sarı Qaya dağlarının altında yerləşən bu məkan dünyanın ən böyük yeraltı su mağarası hesab olunur.

1960-cı illərdə təsadüfən kəşf edilən bu məkan vilayətin ən çox turist toplayan və gəlir gətirən yeridir. Yay günlərində hər gün beş mindən artıq insan bu mağaraları görməyə gəlir, yeraltı səyahətə çıxır.

 

Əhalisi azərbaycanlı olan bu kəndin əsas dolanışığı bu mağaradandır. Onlar bu mağarada bələdçilik edir, turistlərə yol göstərir, yeməkxana-çayxanalardan pul qazanırlar.

Su mağarasında turistlər qayıqlarla, katamaranlarla qayalar arasından keçərək mağaranın dərinliyinə varırlar. Mağaradakı yolların ümumi uzunluğu təqribən yeddi km-dir. Ancaq onun 1,5 km-i istifadə olunur. Suyun dərinliyi isə bəzi yerlərdə 4, bəzi yerlərdə isə 19 m-ə qədərdir (musavat.com)

OXŞAR XƏBƏRLƏR