Yer üzünün gerçək cənnəti – İsveçrə

Yer üzünün gerçək cənnəti – İsveçrə
Xəbərlər 16 Sentyabr 2017 00:29 1711
Yer üzünün gerçək cənnəti – İsveçrə

Rəsmi olaraq İsveçrə Konfederasiyası adı ilə tanınan bu bitərəf ölkə Avropanın mərkəzində yerləşir – bir üzük qaşı kimi.

Şimaldan Almaniya, qərbdən Fransa, cənubdan İtaliya, şərqdən isə Avstriya və cırtdan ölkə Lixteynşteynlə hasarlanıb.

Coğrafi quruluşu ölkənin etnik tərkibinə də təsir edib.

Almaniya və Avstriya ilə sərhəd bölgələrin əhalisi alman dillində (73,2 faiz), Fransa sərhədindəkilər fransızca (23,1 faiz), cənub bölgəsinin əhalisi isə italiyanca danışır.

Ölkənin bu üç rəsmi dilindən başqa, dördüncü rəsmi dili Roman dilidir.

Cənub və cənub şərqində kompakt olmasa da romandilli etnik qruplar yaşayır.

bern - Yer üzünün gerçək cənnəti – İsveçrə

Mərkəzi Bern şəhəri olmaqla bu ölkə 26 kantondan (federal torpaq) təşkil olunub. Dövlətin təməli olan konfederasiya XIII əsrin sonlarından etibarən qurulub və bir dövlət olaraq İsveçrə 1848-ci ildə qəbul edilən “İsveçrə Federal Konstitusiyası”ndan bəri nəfəs almaqdadır.

 

Ərazi baxımından Azərbaycandan iki dəfə kiçik olan bu ölkənin böyük hissəsi Alp dağlarının nəzarəti altındadır. Bu dağlar ərazinin yaşamaq üçün əlverişsiz etsə də, təbiəti və əlverişli qış turizmi ilə burda yaşaya bilməyən insanlar üçün iş yeri imkanı yaradır. Yəni “vəhşi” adlandırdığımız təbiət bir yerdən aldığı halda, digər yerdən nəsə verir.

32 reasons visit switzerland 0862c13da405c58996bbf42177a2ffec - Yer üzünün gerçək cənnəti – İsveçrə

Ərazisinin belə dağlıq olması ucbatından 30 faizi xaricilərdən ibarət ölkə əhalisi əsasən böyük şəhərlərdə yaşayırlar. Bu şəhərlər içində iki dünya səviyyəsində əhəmiyyətli şəhər və iqtisadi mərkəz – Sürix və Cenevrə də var. Bu şəhərlər əlverişli insan həyatı üçün dünya sıralamasında 2-ci (Sürix) və 8-ci (Cenevrə) yerdədirlər.

 

İsveçrə Konfederasiyası dünyada “bitərəf” ölkə kimi tanınmaqdadır. Bu ölkə 1815-ci ildən özünü bitərəf ölkə kimi qələmə verib və müharibələrdə aktiv tərəf kimi iştirak etməyib. Buna I və II dünya müharibələri də aiddir.

 

2002-ci ildə BMT-yə üzv olan bu ölkə, həmçinin Avropa Şengen bölgəsinin bir üzvüdür, baxmayaraq ki, Avropa Birliyinə qoşulmağa o qədər də maraqlı deyil. Bundan başqa, İsveçrə ümümdünya “Qızıl Xaç” təşkilatının da yarandığı ölkədir. Həmçinin bura dünya səviyyəli təşkilatlara – FİFA, UEFA, “Qızıl Xaç” və s. ev sahibliyi edir.

Zheno 23 - Yer üzünün gerçək cənnəti – İsveçrə

Belə təşkilatlardan biri foto həvəskarlarının yaxından tanıdığı fransız fotoqraf ” seriyasından adını eşitdiyimiz “Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatıdır. Bu təşkilat vətəndaş müharibəsi zamanı Sudanın müsəlman əhalisi tərəfindən ölkənin cənubunda yaşayan və təkallahlılığa deyil, öz qəbilələrinin inandığı dinə tapınan Dinka qəbiləsinin uşaqlarının oğurlanıb satılması zamanı ciddi fəaliyyət göstərib. Fotoqraf Jan Markın təsvir etdiyi fotolarda quldar bu təşkilat nümayəndəsindən hər qul müqabilində 100 dollar alır və qulları azad edir.

 

İsveçrə bizdə həm də Andreas Qrossu ilə tanınır, hansı ki, Avropa Şurasında bir neçə il əvvəl Azərbaycan üzrə məruzəçi və vicdanlı demokrat idi.

zurich switzerland 12 - Yer üzünün gerçək cənnəti – İsveçrə

Sizə fotolarla təqdim edəcəyim bu seriyalarda məqsədim mənim haralarda olduğum deyil, nələr gördüyümü sizin də görə bilmənizdir. Məqsədim sadəcə ölkədən kənara çıxmaq imkanı olmayan, “Qazaxdan tutmuş Lənkərana qədər, bütün dünyanı gəzmişəm” deyib, qədim babillilər kimi dünyanın sadəcə onların yaşadığı ərazi olduğunu, onlardan kənar həyatın olmadığını düşünən insanlara paralel dünyanı, sivilizasiyanı imkan daxilində göstərə bilməkdir (musavat.com)

OXŞAR XƏBƏRLƏR