“Keçmişdən gələcəyə körpünü arxeoloqlar qurur”- Ağsuda tədbir keçiriləcək

Xəbərlər 20 Iyun 2014 00:00 1145
“Keçmişdən gələcəyə körpünü arxeoloqlar qurur”- Ağsuda tədbir keçiriləcək

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi iyulun 11-də Ağsu şəhərində “Keçmişdən gələcəyə körpünü arxeoloqlar qurur” şüarı altında tədbir keçirəcək. Seyyah.az xəbər verir ki, tədbir zamanı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində “Arxeologiya inciləri” foto-sərgisinin, kompleks haqqında Teymur Nəcəfzadənin hazırladığı 3D təqdimatın nümayişi, arxeoloqlarla görüşün keçirilməsi nəzərdə tutulub. 


Qeyd edək ki, 11 İyul – Ümumdünya Arxeologiya Günüdür. Bu gün 2008-ci ildə Ümumdünya Arxeologiya Konqresi prezidentinin YUNESKO-ya müraciətindən sonra təsis edilib. 

OXŞAR XƏBƏRLƏR