Azərbaycanın bu rayonuna 100 min turist gəlib

Azərbaycanın bu rayonuna 100 min turist gəlib
Xəbərlər 16 Sentyabr 2017 01:01 466
Azərbaycanın bu rayonuna 100 min turist gəlib

Artıq yay mövsümü başa çatıb. Yay mövsümündə ölkəmizin bölgələrdə yerləşən turizm məkanlarına istər yerli turistlər, istərsə də xarici turistlər səfər edib. Bəs, görəsən, yayda Qəbələyə nə qədər turist səfər edib.

Seyyah.az xəbər verir ki, bu barədə Qəbələ Turizm  İnformasiya Mərkəzindən fins.az-a verilən məlumata görə, iyunda Qəbələyə 19245 nəfər turist gəlib.

Bunlardan 6845-i yerli, 12400-ü isə əcnəbi turistlərdir. Ən çox turist Qəbələyə iyul ayında gəlib. Belə ki, iyulda bu bölgəyə ümumilikdə 45463 turist gəlib ki, bunlardan 12204-ü yerli, 33259-u isə əcnəbi turistlər olub. Yayın son ayında isə Qəbələyə ümumilikdə 39191 turist gəlib. Bu saydan 10683-ü yerli, 28508-i isə əcnəbi turistlər olub. 

OXŞAR XƏBƏRLƏR