Dünyanın ən gözəl qatar marşrutları – FOTOLAR

Dünyanın ən gözəl qatar marşrutları – FOTOLAR
Xəbərlər 17 Sentyabr 2017 00:07 2135
Dünyanın ən gözəl qatar marşrutları – FOTOLAR

 

Fərqi yoxdur, siz kimsiniz – yazıçı, səyyah, və ya sadəcə romantik bir şəxs.

 

Gözəl səyahət sizi ilhama gətirəcək.

 

Seyyah.az turizm portalı avqust-sentyabr ayları üçün dünyanın ən yaxşı qətarla səyahət marşrutlarını təqdim edir.

 

 

 

 

1. Belqrad-Bar dəmiryol xətti cəmi 12 saat ərzində sərnişinləri Serbiya paytaxtından Adriatik dənizi sahilinə, Monteneqroya çatdırır. Bu yolda qatar 435 körpüdən və 254 tuneldən keçir.

2. Mərkəzi Amerika ilə tanış olmağın ən yaxşı yolu California Zephyr dəmiryolu ilə Syerra-Nevadadan Sakit Okean sahilinə qədər səyahət etməkdir.

3. Kanada dəmiryolunun sərnişinləri isə Torontodan Vankuverə səyahət edərkən 3 gün ərzində qatarın şəffaf divarlarından çoxsaylı göllər və gözəl şəhərlərin mənzərələrindən vəcdə gələcəklər.

4. Hindistanda Royal Rajasthan on Wheels («Təkərlər üzərində Rajastan krallığı») qatarını doğrudan da təkər üzərində kurort saymaq olar: burada hətta SPA salon da var. Qatarın sərnişinləri bir həftə ərzində buradakı şəraitlə yanaşı, hind qalaları, məbədləri və Tac-Mahalın möhtəşəm görüntülərindən ləzzəl alacaqlar.

5. Glacier Express («Buz ekspressi») İsveçrə alplarındakı iki dağ kurortunu birləşdirir: sərnişinləri dağ zirvələri və kəndlərin arasından keçməklə gözəl səyahət gözləyir.

6. Train to the Clouds («Buludlara gedən qatar») qatarı And dağlarından keçməklə ziqzaqvari marşrutla Salta və Argentinadan Çili sərhədlərinə kimi gedir. Bu dünyada ən yüksək dağlardan keçən dəmiryol marşrutlarından biridir.

7. «Shongololo Express» qatarında – Afrikanın əlçatan qiymətə olan qatarında olanları isə Namibiya, CAR və Zimbabvenin qoruqları və sənətkar emalatxanalarından keçən səyahət gözləyir.

8. Transsibir magistralı ilə səyahət 14 gün çəkir, qatarın sərnişinləri Vladivostokdan Moskvayadək Rusyanın ucsuz-bucaqsız ərazilərini görəcəklər. Yolun bir hissəsində dünyanın ən dərin gölü sayılan Baykala möhtəşəm mənzərə açılacaq.

9.  «Ghan» qatarı sərnişinləri Avstraliyanın oldu-alovlu ürəyindən keçirir: dünyanın o başında vəhşi təbiətin belə gözəl mənzərələini yalnız qatardanseyr etmək olar – başqa heç bir nəqliyyat növü belə təssüratlar yarada bilməz.

10. «Orient Express» retro qatarı, sərnişinlərini 4 xörəkdən ibarət dadlı süfrəsi və dəbdəbəli axşam stili ilə «qızıl əsrinə» daşıyacaq. Qatarın marşrutu da buradakı dəbdəbəyə uyğundur – sərnişinlər «Orient Express»lə Londondan Venesiyaya səyahət edirlər.

11. Yeni Zelandiyadakı «TranzAlpine» qatarında pəncərənin qarşısında yer tutmaqla, sərnişinlər Kraystçerçlə Qreymut arasındakı düzənlik mənzərələrindən zövq ala biləcəklər. Qatar 225 kilometrlik məsafəni 5 saatdan da az müddədə qət edir.

12. «Belmond Grand Hibernian» qatarı İrlandiyanın kənd ərazilərinə «parlaq qlamur notları» gətirri. Onun panoramlı vaqonları Dublindən Korka və ya Belfasta gedən yolda mənzərələrdən komfortla ləzzət almağa imkan verir.

OXŞAR XƏBƏRLƏR