"Şahdağ" otelləri qiymətləri ENDIRDI

Xəbərlər 21 Iyun 2014 00:00 1886
"Şahdağ" otelləri qiymətləri ENDIRDI

"Şahdağ" turizm kompleksi yay mövsümünə başlaması ilə əlaqədar olaraq otellərin qiymətlərini endirib. Kompleksdən seyyah.az-a verilən məlumata görə, qiymətlər qış mövsümü ilə müqayisədə 10-20 manat aşağı salınıb. Beləliklə,


"Zirve" otelində (səhər yeməyi daxil):

Adi günlər 1 gecə 1 nəfər üçün 89 AZN-ə, 2 nəfər üçün isə 105 AZN-ə başa gələcək. Həftə sonlarında isə qiymətlər nisbətən yüksəkdir: 1 gecə 1 nəfər üçün 99 AZN, 2 nəfər üçün isə 115 AZN olacaq. "Zirvə" otelində "Full menyu" varinatını da seçmək mümkündür. Bu varinata səhər yeməyindən başqa, nahar və axşam yeməkləri də daxildir.

"Full menyu"da adi gunler 1 gecə 1 nəfər üçün 124 AZN-ə, 2 nəfər üçün isə 175 AZN-ə başa gələcək. Həftə sonlarında 1 gecə 1 nəfər üçün 134 AZN, 2 nəfər üçün isə 185 AZN olacaq.


"Şahdağ" otelində:  

Adi günlər 1 gecə 1 nəfər üçün 119 AZN, 2 nəfər üçün isə 135 AZN-ə başa gələcək. Həftə sonunda 1 gecə 1 nəfər üçün 129 AZN, 2 nəfər üçün 145 AZN olacaq. "Full menyu"da adi gunler 1 gecə 1 nəfər üçün 169 AZN-ə, 2 nəfər üçün isə 235 AZN-ə başa gələcək. Həftə sonlarında 1 gecə 1 nəfər üçün 179 AZN, 2 nəfər üçün isə 245 AZN olacaq.

Otellərin qonaqları üçün kompleksdə kanatlardan kanatlardan, uşaqar üçün maşınlardan istifadə pulsuzdur. Pulsuz xidmətlərə bələdçi ilə dağlara gəzinti də daxildir.

Bundan başqa, otellərdə 2 və daha artıq müddətə qalanlar üçün hər gecənin qiymətində 10-15 manat endirim ediləcək.

OXŞAR XƏBƏRLƏR