Yeni İlə indidən tur alan üçün 55% qənaət – İSTİQAMƏTLƏR - QİYMƏTLƏR

Yeni İlə indidən tur alan üçün 55% qənaət – İSTİQAMƏTLƏR - QİYMƏTLƏR
Xəbərlər 18 Sentyabr 2017 20:21 1047
Yeni İlə indidən tur alan üçün 55% qənaət – İSTİQAMƏTLƏR - QİYMƏTLƏR

Yeni ilə hələ ki bir neçə ay qalıb. Lakin bu bir neçə aydan faydalanmaq lazımdır. Belə ki yeni ili başqa ölkədə keçirmək istəyənlər, indidən tur pket almaları məsləhət görülür. Bəs erkən rezervasiya ilə turları əldə etməyin üstünlükləri nədi? Seyyah.az turizm portalı xəbər verir ki, fins.az-a müsahibə verən turizm şirkətlərindən birinin meneceri Lətifə Əliyeva erkən rezervasiya zamanı otellər arasında cibə uyğun otel təkliflərini dəyərləndirmək üçün daha çox şans olduğunu bildirdi. Onun sözlərinə görə son anda əldə edilən paketlərdə isə məhdud otel təklifləri arasından seçim imkanı olur. Erkən rezervasiyada bütün istiqamətlərə 50%-dək endirimlər mövcuddur. Misal üçün Dubay təkliflərini 315 dollara, Tayland 779 dollara, İstanbul 275 dollara, Şarm Al Şeyx 449 dollara, Avropa 399 euro-dan başlayaraq əldə etmək mümkündür.

Lətifə Əliyevanın sözlərinə görə hazırda qış sezonu üçün erkən rezervasiya təkliflərinə start verilib. Bu təkliflər daha çox qış aylarında isti yayı yaşamaq istəyənlər və ya qışı olduğu kimi qarlı, soyuq temperatur altında keçirmək istəyənlər arasında vəhdət təşkil edir.

Şirkət menecerinin sözlərinə görə qışı isti ölkələrdə keçirmək istəyənlər – BƏƏ, Misir, Tayland, İndoneziya, Maldiv və bu kimi ekzotik  ölkələrdə istirahətə önəm verir. Qışı qarlı, soyuq temperatur altında keçirmək istəyənlər isə, Skandinaviya ölkələri , Avstriya, İtaliya və Fransa kimi ölkələrin qış kurortlarına üstünlük verirlər.

Lətifə Əliyeva yerli səyahət sevərlərin əksəriyyəti üçün hər il olduğu kimi bu il də, ən populyar ölkələrin Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Tayland olacağını düşündüklərini qeyd etdi.

BƏƏ istiqamətində hazırda erkən rezervasiya ilə endirimli paketlər əldə etmək mümkündür. Bu istiqamətdə 3 müxtəlif hava yolu öz paketlərini turistlərin istifadəsinə təqdim edib. Bu təkliflərin çoxluğu turizm bazarında bu istiqamətdə güclü rəqabətə gətirib çıxarır ki, bu rəqabət sayəsində qazanan turistlər olur. Çünki rəqiblərin çoxluğu təkliflər arasında qiymət siyasətini münasib, turistlərin cibinə uyğun etməyə yönəlir.

Türkiyə istiqamətində həm İstanbul, həm də qış kurortu olan Uludağ paketləri hər il olduğu kimi öz populyarlığını qoruyub saxlayır.

Tayland istiqamətində hazırda otellərdə 55%-dək endirimlər mövcuddur. Qeyd edək ki, təlabatın çox olduğunu nəzərə alaraq Azərbaycan Hava yolları bu il Bakı Bangkok istiqamətinə birbaşa uçuşlarda həyata keçirəcək. Bu uçuşlar sayəsində Tayland kurortlarına olan təklifləri daha da cazib etməyi bacaracaqdır.

Lətifə Əliyeva Avropa ölkələrinin hər zaman olduğu kimi bu il də  trendini qoruduğunu, lakin  əvvəlki illərlə müqayisədə bu il şengen ölkələrinə viza almağın biraz çətinləşdiyini söylədi. Bu daha çox Avropoaya miqrant axınından sonra hiss olunmağa başladı. Bu səbəbdən yalnız fərqli bir kütlə turistlər üçün avropa səyahəti real olur deyə Lətifə Əliyeva bildirib.

Qonşumuz Gürcüstan isə münasib qiymətləri ilə turistləri cəlb etməyi həmişə ki, kimi bacarır. Qış turizmi üçün Gürcüstanın Bakurianı, Qudauri kurortları öz üstünlüyünü qoruyub saxlayır.

Ölkəmizə gəldikdə isə, ölkə vətəndaşlarının və xarici qonaqların ən çox üstünlük verdikləri istiqamət Şimal-Qərb zonamızdır. Bu istiqamət həm yay, həm də qış sezonunda öz birinciliyini əldən vermir. Bildiyimiz kimi qış sezonu üçün 2 mükəmməl kurortumuz var ki, ildən-ilə aktivitələrini artırmaqla turistlərini cəlb etməyi bacarır. Həm Şahdağ, həm də Qəbələ Tufandağ istər ölkə vətəndaşlarını, istərsə də xarici turistləri yüksək keyfiyyətlə qarşılamağa qadirdir. Keçən il bu 2 kurorta dəstək olmaq uğrunda Qax rayonunda da turistlər üçün ölkəmizdə ilk dəfə olaraq İlisu kəndində Snowtubing park fəaliyyətə başladı. Çoxsaylı turistlərin maraq obyekti olan bu məkan bu ildə öz turistlərini qarşılamağa hazırlaşır.

Odur ki, erkən rezervasiya zamanı olan təklifləri dəyərləndirə, 50% endirimlərdən yararlana və cibinizə qənaət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR