Azərbaycanda 40 yeni hotel açılacaq - YENİLİK

Azərbaycanda 40 yeni hotel açılacaq - YENİLİK
Xəbərlər 18 Sentyabr 2017 20:33 897
Azərbaycanda 40 yeni hotel açılacaq - YENİLİK

Son illər ərzində gəlmə turizmın inkişafı ilə əlaqədar olaraq turizm müəsissələrinin yaranmasına özəl sektorun marağı artmışdır. Turizm agentlikləri, nəqliyyat şirkətləri, ekskursiya büroları, restoranlar, kafelər və o cümlədən otellərdə bu gün biznes dairələrin marağındadırlar. Seyyah.az turizm portalı xəbər verir ki, bunu fins.az -a Azərbaycan Otellər və Restoranlar Assosasiyasının rəhbəri Samir Dübəndi bildirib.

Samir Dübəndi hazırda Azərbaycanda 340-a yaxın otel və digər yerləşdirmə müəsissəsinin fəaliyyət göstərdiyini söylədi. Hotellər və Restoranlar Assosiaisyasının əldə etdiyi məlumata görə 2017/18-ci il ərzində 40-a yaxın yerləşdirmə müəsissəsi də açılmalıdır. Bunlar hazırda inşa edilirlər.

Assosasiya rəhbəri qeyd etdi ki dövlətin səyləri nəticəsində turizm sənayesinin inkişafına dair bir sıra mühüm sənədlər qəbul ediliblər. Bunlar sırasında ən vaciibi Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsini qeyd etmək olar. Bu sənəd turizm sənayesi üçün yeni üfuqlar açır,  2020-ci ilədək iqtisadi inkişaf strategiyasının və tədbirlər planının, 2025ci ilədək olan dövr üçün uzunmüddətli baxışın və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışın hazırlanmasına dair müvafiq tapşırıqları əhatə edir.

Eyni zamanda ölkəyə üz tutan turistlər üçün elektron viza sistemi tətbiq edilib. Bir sıra turizm agentlikləri fəaliyyət istiqamətlərini dəyişərək, gəlmə turizmın proseslərinə qatılıblar. Beləliklə, son illərin statistikası göstərir ki, turizm sənayesi stabil və daimi inkişaf edən sektorlardan biridir. 2017-ci ilin birinci yarısında Azəərbaycana 2 mln yaxın turist gəlib, bu isə ötən ilin eyni dövrü ilə müqaisədə 24% çoxdur.

Assosiasiyanın ekspertlərinin araşdırmaları onu göstərir ki, ölkə otellərinin ümumi nömrə fondu gələn turistlərin sayını təmin edə bilmir. Bu səbəbdən mənzil fondu ciddi rəqabət sektoruna çevrilib. Bu isə turistlərin təhlükəsizliyi və onlara təqdim edilən xidmətlərin lazımı səviyyədə olmasına imkan vermir. Mənzildə qalan turistlər müxtəlif təhlükələrlə üzləşirlər. Onlara əlavə xidmətlərin təklif edilməsi isə mümkün oımur. Biz dəfələrlə qeyd etmişik və bir daha bu məəsələyə toxunmaq istərdik ki, otellər və mənzil fondu arasında qeyri ədalətli rəqabət mövcuddur. Mənzil sahibləri bir çox hallarda vergi ödəmirlər, təqdim etdikləri yerləşdirmə xidmətlər isə keyfiyyətsiz və təhlükəli olurlar. Bunun qarşısı alınmalıdır.

Digər tərəfdən qeyd olunan problemin kökündə 2-3 ulduzlu otellərin, hostellərin azlığı da durur. Bu gün biz çalışmalıyıq ki, bu seqment inkişaf etsin. Biznes dairələr, sahibkarlar ucuzlu yerləşdirmə müəsissələrinin yaranmasında maraqlı olmalıdırlar. Buna isə yalnız müxtəlif imtiyazların tətbiqi ilə nail olmaq olar. Misal üçün əgər sahibkarlar bilsələr ki, yerləşdirmə müəsissəsinə sərmayə qoyduqda onlar bir müddət müxtəlif vergilərdən azad olacaqlar, və yaxud adı gedən inşaat üçün əldə etdikləri torpaq sahələri məqsədli olaraq daha ucuz qiymətə və yaxud ödənişsiz əldə ediləcəklər, onlar bu biznesdə daha maraqlı olarlar. Kommunal xidmətlərin də otellərə alternativ tariflərlə satılması tətbiq edilə bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, yerli icra hakimiyyəti strukturları, bələdiyyələr və digər qurumlar otelçiliklə məşqul olan sahibkarlara daha diqqətli olmalıdırlar, onlar üçün daha da əlverişli və rahat imkanlar, biznes mühit yaratmalıdırlar. Üzləşdiyimiz problərdən bir neçəsini qeyd etmək istərdik. Bakı şəhərində və regionlarda yerləşən yerləşdirmə müəsissələrinin reklam lövhələri üçün yerli hakimiyyət orqanları xeyli ödənişlər tətbiq edirlər. Əlbətdə yerləşdirilən reklamların düz olması, ətraf mühitin pozulmmaması, onların estetik normalara cavab verməsi nəzarətdə olmalıdır. Yalnız əgər bu standartlara cavab verən reklamlara görə ödənişlərin ləğv edilməsi də mümkündür. Və yaxud otellərin, istirahət mərkəzlərinin, turizm obyektlərinin yaxınlığında, onların ətrafında yerləşən ərazilər kommunal xidmətlər tərəfindən daha ciddi şəkildə baxılmalı, səhmanlı, səliqəli olmalıdırlar. İşıqlandırma, yaşılllaşdırma işlərinə, tullantıların daşınmasına, yolların cəkilməsinə və sair məsələlərə biz ciddi diqqət yetirməliyik. Bir çox hallarda isə biz digər mənzərə ilə üzləşirik. Turizm obyektləri ətrafındakı ərazılər baxımsız qalırlar. Bu problemlərin həlli sahibkarların üzərinə qoyulur, bu isə əlavə xərclər tələb edir.

Fürsətdən istifadə edərək sahibkarlara da olan tövsiyələrimizi vermək istərdik. Bildiyimiz kimi otelçilik biznesinə yatırılan sərmayələrin doğrulması uzunmüddətli hesab edilirlər. Bu biznes geniş insan resursu tələb edir, yəni bu sektorda daha çox insan iş yeri tapır və otelçilik biznesinin qazanclarının mühüm hissəsi məvaciblərin ödənilməsinə sərf edilir. Ona görə otellərin idarəedilməsinə biz diqqətlə yanaşmalıyıq, sahibkarlar bu sahədə ixtisaslaşmış qurumlarla, peşəkarlarla əməkdaşlıq etməlidirlər. Biz isə bir çox hallarda bu işlərdə qeyri peşəkarlıqla, idarəçilər sırasında qonaqpərvərlik sanəyəsindən xəbərsiz insanlarla üzləşirik. Nəticədə otellərin təklif etdikləri xidmətlərin keyfiyyəti aşağı düşür, dövriyyələri azalır, yatırılan sərmayələr daha gec geri qayıdırlar, bəzi hallarda isə müəsissələr iflasa uğrayırlar.

Bir məsələyə də toxunmaq istərdik. Assosiasiyanın sədri Samir Dübəndinin fikrinə görə məhz təmsil etdiyi qurumun təşəbbüsü ilə və nəticədə dövlət tərəfindən qəbul edilmiş Bakı Ticarət Festivalının keçirilməsində və eyni zamanda digər tədbirlər çərçivəsində ölkəyə gələn turistlərin sayı artmalıdır. Biz bu tədbirləri gəlmə turizmın inkişafı, ölkəyə xarici turistələr tərəfindən marağın artması məqsədilə keçirməliyik. Bu səbəbdən tədbirlər dövründə müxtəlif turizm texnologiyalarında istifadə edilməlidir. Misal üçün, digər dövlətlərin təcrübəsindən göründüyü kimi, xarici avia sərnişinlərə bu dövrlər zamanı alternativ marşrtlar təklif edilib və ölkədə 1-3 gecə yerləşdirmə xidmətləri olan paketlər təklif edilə bilərlər. Bu o demək deyil ki, otellər bu dövrdə ödənişsiz çalışmalıdırlar. Yalnız gələn turistlərin marağını artırnmaq məqsədilə bu halda dövlət otellərə dotasiyalar ayıra bilər – həmin 1-3 gecənin xərclərini ödəmək şərtilə. Gələn turistlər bu halda ölkədə digər xidmətlərdən istifadə edib, ticarət edib və bununla ölkəyə valyuta gətirirlər.

OXŞAR XƏBƏRLƏR