II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının PROQRAMI

İyunun 25-də saat 17.00-da keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcək.
Xəbərlər 22 Iyun 2014 00:00 991
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının PROQRAMI

Iyunun 25-29-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Seyyah.az xəbər verir ki, festivala ümumilikdə 55 ölkədən 405 film göndərilib. Festivalın təşkilat komitəsi müsabiqə proqramını açıqlayıb. 68 film müsabiqə proqramına daxil edilib. Filmlər 6 kateqoriyada yarışacaqlar. Qeyd edək ki, müsabiqə proqramında 7 Azərbaycan filmi də iştirak edir.


26-27-28 iyun tarixlərində hər gün saat 14.00-dan etibarən festivalın müsabiqə filmləri nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir.


Qeyd edək ki, iyunun 25-də saat 17.00-da keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcək. Həmin gün 19.00-da Nizami Kino Mərkəzində Festivalın rəsmi açılışı keçiriləcək. Açılışda "Ölkə, region, şəhər" kateqoriyasından filmlər nümayiş olunacaq. Festivalın bağlanış mərasimi isə ayın 28-də nəzərdə tutulur.


Festivala xaricdən 50 qonaq dəvət edilib. Bu qonaqlardan bir hissəsi müsabiqədə iştirak edən filmlərin rejissorları, bəziləri isə dünyanın müxtəlif yerlərində keçirilən turizm filmləri festivallarının direktorlarıdır.


Festival çərçivəsində "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində "Bakı sübhdən günbatanadək" layihəsinin təqdimatı keçiriləcək. Layihə çərçivəsində Polşa kinematoqrafçılarının master-klassları, nəzəri və əyani dərsləri keçiriləcək, sonda gənc rejissorlar Bakı haqqında sənədli film istehsal edəcəklər.


OXŞAR XƏBƏRLƏR