Azərbaycan məhsulları gələn ildən Duty Free-də

Azərbaycan məhsulları gələn ildən Duty Free-də
Xəbərlər 18 Sentyabr 2017 20:54 515
Azərbaycan məhsulları gələn ildən Duty Free-də

2018-ci ildən etibarən Azərbaycan məhsulları xarici ölkələrin Duty Free mağazalarında satışa çıxarılacaq. Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

 

“Gələn ildən etibarən Azərbaycan məhsulları xarici ölkələrdə Duty Free mağazalarında reklam olunacaq. Bundan başqa, “Azərbaycan Hava Yolları” QSC və SOCAR ilə razılığa əsasən, yerli istehsalçıların məhsulları bu şitkərlərin filiallarında da reklam ediləcək”, - S.Babayev şənbə günü mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, indiyədək qeyri-neft məhsullarının ixracatçıları ixracın təşviqi üzrə tədbirlər çərşivəsində dövlət büdcəsindən 2 mln. manat vəsait əldə ediblər. 

 

© İnterfax-Azərbaycan

OXŞAR XƏBƏRLƏR