Qəbələdə türk restoranı açılıb

Qəbələdə türk restoranı açılıb
Xəbərlər 18 Sentyabr 2017 20:56 520
Qəbələdə türk restoranı açılıb

Qəbələdə “Köşem” adlı türk restoranı fəaliyyətə başlayıb.


 
“Köşem” türk restoranı Qəbələ şəhəri, Heydər Əliyev prospektində yerləşir.


 
“Country Side” və “Classic” interyerində qurulan restoran Qəbələdə ilk xalis ailəvi türk restoranı olacaq!


 
“Köşem” restoranı Qəbələnin dağları, çay, park və kanat panorama ilə əhatə olunub. Qonaqlar 2 və 4 nəfərlik masalarda əyləşə bilərlər. “Köşem” restoranının həyəti ilə daxil 130 nəfər qonağı qəbul etmək gücündədir.


 
Qeyd edək ki, “Köşem” restoranı öz qonaqlarına Türk mətbəxinin müxtəlif çeşidli təamlarını təqdim edir. Burada hər bir qonaq öz dadına uyğun yemək növləri sifariş edə bilər. Hazırda özünün zəngin mətbəxi və peşəkar aşpazları sayəsində daima müştərilərinin etibar və sevgisini qazanan restoran, hər ötən gün öz yeməklərinin sayını artırmaqda davam edir. Buraya təşrif buyuran istər yerli, istərsə də əcnəbi qonaqlar məkandakı peşəkar xidmətə vurularaq, restoranın daimi müştərisinə çevriləcək.
 


 
İşgüzar nahar yeməklərini 2 nəfərlik masa, xoş günlərini isə 4 nəfərlik masa ətrafında keçirmək istəyənlər bunu “Köşem” restoranında həyata keçirə bilərlər (marja.az).

OXŞAR XƏBƏRLƏR