"Azərbaycana o turistləri gətirə bilsək əla olacaq"

"Azərbaycana o turistləri gətirə bilsək əla olacaq"
Xəbərlər 19 Sentyabr 2017 10:38 545
"Azərbaycana o turistləri gətirə bilsək əla olacaq"

Azərbaycan Çindən gələn turistlərin sayının artırılması üçün aktiv fəaliyyət göstərməyə başlayıb.

 

Seyyah.az turizm portalı xəbər verir ki, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.

 

K.Quluzadə qeyd edib ki, bu yaxınlarda çinli blogerlər Azərbaycanda səfərdə olublar:

 

"Çinlilərin Azərbaycana daha çox gəlməsi üçün artıq Çin istiqamətində aktiv işlərə başlamışıq. Ötən il Çin dünyaya 135 milyon turist göndərib. Onun bir neçə faizi Azərbaycana gəlsə, bizdə turistlərin sayında çox böyük artımı olar".

 

K.Quluzadə əlavə edib ki, İsraildən gələn turistlərin sayını artırmaq üçün işlər aparırlar.

 

Onun sözlərinə görə, yaxın günlərdə - oktyabrın əvvəllərində İsraildən Azərbaycana blogerlər gətirəcəklər. Məqsəd turizm sahəsinə İsrail istiqamətini cəlb etməkdir.

 

©Trend

OXŞAR XƏBƏRLƏR