“Sheraton İsmayıllı Hotel”in inşası yarımçıq qalıb

Xəbərlər 22 Iyun 2014 00:00 6120
“Sheraton İsmayıllı Hotel”in inşası yarımçıq qalıb

İsmayıllının Talıstan kəndində tikilən “Sheraton İsmayıllı Hotel”in inşası yarımçıq qalıb. Adıçəkilən otelin tikintisində çalışanlar da əməkdaşımıza bu xəbəri təsdiq ediblər. Bildirilib ki, 2014-cü ilin yanvar ayında möhtəşəm açılışı nəzərdə tutulan otelin tikintisi artıq bir neçə aydır dayandırılıb. İşçilərin sözlərinə görə, otelin tikintisinə rəhbərlik edən şəxslər bunu maddi çətinliklərlə əlaqələndirirlər. Otelin istifadəyə verilib-verilməməsi də sual altındadır.


“Sheraton İsmayıllı Hotel”inın tikintisini “İmprotex Real Estate” MMC həyata keçirib. Həmin şirkətin Ələkbərov ailəsinə məxsus olduğu dəfələrlə mətbuatda bildirilib. Şirkətin Starwood Hotels & Resorts Worldwide Inc-lə imzaladığı razılaşmaya görə “Sheraton İsmayilli oteli”nin 2014-cü ildə açılması nəzərdə tutulurdu. 

Layihəyə əsasən, oteldə 147 otaq, 32 lüks nömrə, restoran, 3 bar, fitnes salonu, açıq və qapalı hovuz da olmalı idi.

“Sheraton Hotels & Resorts” ABŞ-ın otellər şəbəkəsidir. Azərbaycandan başqa dünyanın bir çox ölkələrində eyni adlı otellər şəbəkəsi fəaliyyət göstərir.

Füzuli Ələkbərov ötən il oktyabrın 22-də Azərbaycan Prezidentinin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən kənarlaşdırılıb.

Azvision.az

OXŞAR XƏBƏRLƏR