ABŞ-a ən asan köçmək üçün greencard proqramı - BU İL SONUNCU OLA BİLƏRMİ?

ABŞ-a ən asan köçmək üçün greencard proqramı - BU İL SONUNCU OLA BİLƏRMİ?
Xəbərlər 20 Sentyabr 2017 18:05 12153
ABŞ-a ən asan köçmək üçün greencard proqramı - BU İL SONUNCU OLA BİLƏRMİ?

El arasında “Greencard”  proqramına (və ya əsl adı ilə Diversity Visa Lottery) necə qoşulmağın lazım olduğunu bir müddət əvvəl oxuculara təqdim etmişik.

Xatırladaq ki, Diversity visa lottery (Müxtəliflik lotereyası) ABŞ dövləti tərəfindən hər il keçirilən və dünya üzrə 50.000 insana ABŞ-da daimi yaşamaq, işləmək və s. hüquqları verən proqramdır.

Hər il Azərbaycandan təxminən 400-500 nəfər bu lotereyada qalib olaraq  ABŞ-a köçür.

Lakin ABŞ-da yeni prezidenti  Donald Tramp, “Greencard” lotereyasında bəzi dəyişikliklərin olması təşəbbəsünü irəli sürüb.

 

Greencardda yeni qaydalar nədən ibarət olacaq?

Bəs görəsən bu qaydalar özündə nəyi ehtiva edir? Bu suala cavabı Greencard Azərbaycan şirkətindən  ekspert Röyal Cəfərov açıqlayıb. Onun sözlərinə görə hazırda Greencard proqramı lotoreya formasında keçirilir və orta məktəbi bitirən hərkəs proqramda iştirak edə bilər. Sadə dildə desək, bəxtiniz gətirirsə qalib olursunuz.

 

XƏBƏRLƏRDƏ AXTARIN: Ucuz əmlak alanda vətəndaşlıq verən ölkələr – SİYAHI 

 

Yeni təklif olunan qaydalarda isə müraciətçilər lotoreya formasında deyil, təhsil, dil biliyi, iş təcrübəsi kimi meyarlara əsasən seçiləcəklər. İstənilən halda, təklif olunan qaydanın nə vaxt qüvvəyə minəcəyi və ya həqiqətən də qüvvəyə minib minməyəcəyi bilinmir. Lakin, nəzərə alsaq ki, bu il, greencard lotoreya proqramı üçün sonuncu il ola bilər, hərkəsə tövsiyyə edirik ki mütləq şəkildə həm özləri müraciət etsinlər həm də yaxınlarının müraciət etmələrinə kömək etsinlər. Müraciət edənlərin sayı çoxaldıqca qaliblərin də sayı çoxalır. Azərbaycandan müraciətlərin sayı çox olarsa bu ilki proqramda ən azı 3500 nəfər lotoreyada qalib ola bilər deyə Röyal Cəfərov bildirib.

Greencard-a müraciət

Məlumat üçün bildirək ki, Greencard loterayası ildə bir dəfə keçirilir və cavablar hər ilin may ayında açıqlanır. Üzümüzə gələn ilin may ayında iştirak etmək üçün bu ilin noyabr ayının ilk həftəsinə qədər müraciət etmək lazımdır. 

 

XƏBƏRLƏRDƏ AXTARIN: İpoteka kreditlərinin şərtləri dəyişir – DETALLAR

 

Qeyd edək ki, greencard proqramına müraciət ödənişsizdir, lakin qalib olmuş şəxslər, viza və sənədləşmə, təyyarə bileti və digər xərcləri özləri çəkirlər. ABŞ dövləti ilk günlərdə yerləşməkdə, yaşayış yeri və işin tapılmasında heç bir köməklik göstərmir və maddi yardim gəstərmir. Bütün bunları qaliblər ya özləri etməli və ya bu xidməti göstərən şirkətlərin köməyindən istifadə edə bilərlər. Azərbayanlı greencard qalibləri üçün 2011-ci ildən bəri bu tipli xidmətləri Greencard Azərbaycan şirkəti göstərməkdədir.

Eyni zamanda greencard proqramına “SIĞORTALI” müraciət edib qalib olduqdan sonra Amerikaya təyyarə bileti və digər xidmətləri şirkətdən pulsuz əldə etmək mümkündür.

Xidmətlərlə tanış olmaq və greencard proqramı haqda suallarınıza cavab tapmaq üçün bu linkə daxil ola bilərsiniz https://greencard.az/faq

OXŞAR XƏBƏRLƏR