Bakıda Koreya məhsulları sərgisi keçiriləcək - TARİX

Bakıda Koreya məhsulları sərgisi keçiriləcək - TARİX
Xəbərlər 21 Sentyabr 2017 09:29 1394
Bakıda Koreya məhsulları sərgisi keçiriləcək - TARİX

27 sentyabr Ümumdünya Turizm günü münasibətilə Bakıda Koreya Respublikasının Səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), “Dream Trading” (koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyi tərəfindən Koreya Kənd Təsərrüfatı məhsullarının nümayişi təşkil olunacaqdır.

 

Seyyah.az turizm portalının məlumatına görə, “Marja” KOTRA-ya istinadən xəbər verir ki, Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası yaxınlığında saat 11:00-dan 18:00-a qədər şəhərimizin sakinləri və qonaqlarına təqdim ediləcəkdir.

 

Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.

 

Tədbirin Proqramı

 

-Koreya kənd təsərrüfatı məhsullarından dadmaq.

-Koreyanın milli çay mədəniyyətinin nümayişi.

Tədbirdə təqdim olunacaq məhsullar sırasına daxildir:

-İçkilər və Çay: Zəngçiçəyi Armud Şirəsi, İnnab Çayı, Sitron çayı, Omica şirəsi, Koreya qırmızı jenşen ekstraktı.

-Spirtli içkilər: Sitron ətirli Socu (Koreyanın milli şərabı), Makgeoli (düyüdən hazırlanmış milli likyor), Liqanqju.

-Qəlyanaltılar: qızardılmış şirin kartof, qızardılmış şabalıt, buğda unundan hazırlanmış Koreya Milli Ballı peçenyaları, düyü unundan hazırlanmış Koreya şirniyatları.

OXŞAR XƏBƏRLƏR