Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır? - SİYAHI

Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır? - SİYAHI
Xəbərlər 21 Sentyabr 2017 09:36 768
Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır? - SİYAHI

Dünyanın ən etibarlı aviaşirkətlərinin reytinqi hazırlanıb.

Seyyah.az turizm portalı xəbər verir ki, reytinq Almaniyanın JACDEC (Jet Airliner Crash Data Evaluation Centre) - təyyarə qəzalarını araşdıran bürosu tərəfindən tərtib edilib.

 

Seyyah.az ilk onluqda olan aviaşirkətlərin siyahısını  seyahetchi.com-a istinadən təqdim edir: 

 

AİR NEW ZEALAND

Air New Zealand - Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

Yeni Zellandiyanın milli aviaşirkətidir. 1940-cı ildən fəaliyyət göstərir. Aviaşirkət ölkədaxili 27, əcnəbi ölkələrə isə 26 istiqamətdə uçuşlar həyata keçirir. Air New Zealand dünyada yeganə aviaşirkətdir ki, onunla Yer kürəsinin ətrafında dövr etmək mümkündür. Bu aviaşirkət 2012-2013-cü illərdə Piter Ceksonun “Hobbit” adlı reklam kampaniyasında iştirak etmişdi.

CATHAY PACİFİC AİRWAYS

Cathay Pacific Airways - Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

1946-cı ildə yaradılıb və Honq Konqun beynəlxalq hava limanında yerləşir. Aviaşirkət mütəmadi olaraq bütün dünya üzrə 114 istiqamətə sərnişin və yük daşınmasını həyata keçirir. Cathay Pacific şirkəti Skytrax 5 ulduzlu reytinqinə sahib dünyanın 6 aviaşirkətindən biridir.

FİNNAİR 

Finnair - Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

1924-cü ildə yaradılıb. Əsas bazası ilə Vantaa şəhərində yerləşən Finlandiyanın milli aviaşirkətidir. Finnair dünyanın 50 dövlətinə reyslər təşkil edir və 1963-cü ildən Avropanın ən təhlükəsiz hava daşıyıcısı hesab olunur.

EMİRATES 

Emirates - Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

Dubayda yerləşən dünyanın ən nəhəng aviaşirkətlərindən biridir. Əsası 1985-ci ildə qoyulub. Emirates Airlines 60 ölkə, 130-dan çox şəhərə uçur.

EVA AİR 

EVA Air - Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

Əsası 1991-ci ildə qoyulub. Böyüklüyünə görə Tayvanın ikinci aviaşirkətidir. Şirkət Asiya, Avropa və Şimali Amerikaya beynəlxalq reyslər təşkil edir.

BRİTİSH AİRWAYS

British Airways - Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

Əsası 1974-cü ildə qoyulub. Böyük Britaniyanın nəhəng aviaşirkətlərindən biridir. Şirkətin baza hava limanları Heathrow və Gatwick-dir. Bununla yanaşı British Airways Oneworld aviasiya ittifaqının üzvüdür. Şirkətin təyyarələri bütün dünya üzrə 222 reys həyata keçirir.

TAP PORTUGAL 

TAP Portugal - Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

Əsası 1946-cı ildə qoyulub. Portuqaliyanın milli aviaşirkətidir. Şirkət Lissabonun Portela hava limanında yerləşir. Şirkət 14 mart 2005-ci ildən etibarən Star Alliance-a daxildir. TAP Braziliyaya reyslər təşkil edən nəhəng operatordur. Hazırda TAP şəbəkəsinə 30 ölkədə 65 hava limanı daxildir. Şirkət gündəlik 1600 reys həyata keçirir.

ETİHAD AİRWAYS

Etihad Airways - Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

Əsası 2003-cü ildə qoyulub. BƏƏ-nin milli aviaşirkətidir. Şirkətin baş-qərargahı Abu-Dabidə yerləşir. Etihad ərəb dilindən tərcümədə “ittifaq” mənasını verir. Şirkət Yaxın Şərq, Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya 84 istiqamətdə yük və sərnişin daşınmasını həyata keçirir.

AİR CANADA 

Air Canada - Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

Əsası 1937-ci ildə qoyulub və Star Alliance-ın yaradıcı-üzvlərindən biridir. Şirkət Monreal şəhərində yerləşir. Air Canada 5 qitə üzrə 175 istiqamətlərdə uçuşlar həyata keçirir.

QANTAS AİRWAYS

Qantas Airways - Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

Əsası 1922-ci ildə qoyulub. Avstraliyanın ən böyük, dünyanın ən qədim ikinci aviaşirkətidir. Ləqəbi “Uçan kenquru”dur (The Flying Kangaroo). Şirkətin baş-qərargahı Sidneydə yerləşir və 144 istiqamətdə uçuşlar həyata keçirir. Qantas-ın təyyarə heyətinə 135 hava gəmisi daxildir.

OXŞAR XƏBƏRLƏR