Payızda Skandinaviya ölkələrinə getsən uduzmazsan!

Payızda Skandinaviya ölkələrinə getsən uduzmazsan!
Xəbərlər 21 Sentyabr 2017 09:43 1100
Payızda Skandinaviya ölkələrinə getsən uduzmazsan!

Seyyah.az turizm portalı Kopenhagen, Stokholm və Oslodakı payız festivallarını təqdim edir. 

Skandinaviyada yay qısa keçir. Seyahetchi.com-un məlumatına görə, uzun və qaranlıq qışdan sonra yayın gəlməsilə şəhərlərdə həyat yenidən başlayır. Ötən mart bayram tətilində gəzdim Skandinaviya ölkələrini. Düzün desəm bir az peşman oldum. Kaş 2 ay gözləsəyib, may-iyun aylarında gəlsəydim dedim. Norveç, İsveç və Danimarkada mart bizim fevral kimi soyuq olur. Yerli sakinlər görməli bölgələrə, kəndlərə yayda getməyi məsləhət görürlər.

Əksəriyyət maraqlı əyləncələri, gəzməyi, istirahətini yaya salır. Yay da qısa keçib dadı damaqlarında qoyur :) Olur e nəyisə sevmirsən, ancaq onu sevmək üçün müxtəlif vasitələrə əl atırsan. Onlar da yaydan sonra passiv həyata atılmamaq üçün müxtəlif əyləncələr təşkil edirlər. Beləcə, payızı sevmək, gözləmək üçün bəhanələri olur :) 

Festivallar sayəsində Skandinaviya paytaxtları yaydan sonranı da səbirsizliklə gözləyirlər :)

15 noyabr – Kopenhagen Sənədli Film Festivalı  

CPH DOX 2015 - Payızda Skandinaviya ölkələrinə getsən uduzmazsan!

Payızda yolun Kopenhagen, Stokholm və Osloya düşərsə festivallara mütləq get. Noyabrın 15-də Kopenhagendə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. Dünyanın müxtəlif ölkələrinin iştirak edəcəyi festivalda 200-dən çox film nümayiş olunacaq. Danimarkalılar bu festivalın çətin və soyuq keçən noyabr ayına rəng qatdığını düşünürlər :)

 

11-22 noyabr – Stokholm Beynəlxalq Film Festivalı

stockholm 1 - Payızda Skandinaviya ölkələrinə getsən uduzmazsan!

Noyabrın 11-i 22-si arası isə Stokholmda Beynəlxalq Film Festivalı baş tutacaq. Kino həvəskarısansa gələn ay əvvəlcə Kopenhagenə, ordan da Stokholma gedə, göstəriləcək filmləri izləyə bilərsən. Bu film festivalı Stokholmda 1990-cı ildən keçirilir. Bu günə qədər 2000-dən çox film göstərilib. Bu il 12 gün davam edəcək festivalda 60 ölkədən gətirilən 200 kino nümayiş etdiriləcək.

27 oktyabr – 1 noyabr – Oslo Dünya Musiqi Festivalı

maxresdefault - Payızda Skandinaviya ölkələrinə getsən uduzmazsan!

27 oktyabr – 1 noyabrda Norveçin paytaxtı Osloda Dünya Musiqi Festivalı keçiriləcək. Hər il keçirilən bu festival içtən, isti musiqiləri və gözəl ritmləri ilə soyuq keçən noyabrda Oslonu isitməyə yetəcək deyirlər. Festivalda dünyanın hər yerindən gələn musiqiçilər iştirak etsə də, daha çox Asiya, Latın Amerikası və Afrikadan olan musiqilərə yer veriləcək. Şəhərdəki 18 səhnədə 300-dən çox ifaçını dinləmək şansın olacaq. Musiqi həvəskarısansa gələn ay Osloya get :) 

 

5-7 noyabr Oslo Balıq Festivalı

51363778711265805d35659fa5a9fef0 - Payızda Skandinaviya ölkələrinə getsən uduzmazsan!

Noyabrın 5-i və 7-si arası Osloda həm də Rakfisk balıq festivalı baş tutacaq. Rakfisk (Norveç balıq yeməyi) sevirsənsə və ya dadına baxmaq istəyirsənsə noyabrda Oslonu seçməlisən  Festivallardan əlavə, Oslo çox gözəl şəhərdir. Getmişkən, gözəl küçələrində gəzə, kral sarayı, içəri şəhərini ziyarət edə bilərsən. Vaxtın çoxdursa şəhər kənarındakı qəsəbələrinə də gedə bilərsən.

Qeyd: Onu da deyim ki, Skandinaviya ölkələrinə getmək haqqında iki dəfə düşünməlisən. Kifayət qədər bahalıqdır çünki :).

"Məsələn, mən Varşavadan Osloya təyyarə ilə 10 avroya uçmuşdum. Amma Oslo aeraportundan şəhər mərkəzinə getmək üçün avtobusa 30 avro ödəməli olmuşdum  İctimai nəqliyyatı kimi otelləri, restoranları da bahadır"-deyə bloq bildirir.

OXŞAR XƏBƏRLƏR