Alman pivə festivalı Bakıda – limitsiz pivə veriləcək – GİRİŞ PULSUZDUR

Alman pivə festivalı Bakıda – limitsiz pivə veriləcək – GİRİŞ PULSUZDUR
Xəbərlər 21 Sentyabr 2017 15:34 1067
Alman pivə festivalı Bakıda – limitsiz pivə veriləcək – GİRİŞ PULSUZDUR

Almaniyada əsası qoyulan Oktaberfest pivə festivalı Bakıda da keçiriləcək. Seyyah.az turizm portalı Bakıda təşkil olunacaq Oktaberfest məkanlarını təqdim edir.

Belə ki, Pullman oteldə sentyabrn 28-29 və 30-da  məşhur “Oktaberfest” festivalı keçiriləcək. Pivə ilə içməyə qonaqlara Bavariya üsulu ilə hazırlanmış ətli çörək, müxtəlif çeşidli qızartma Alman sosisləri, orijinal alma strudeli və digər təamlardan təklif olunacaq. Bundan başqa DJ ifaları da səsləndiriləcək. Qiymətlərə gəlincə isə 49 manat ödəməklə yuxarlda sadalanan pivə üçün qəlyanaltılaardan limitsiz sayda sifariş etmək, həmçinin 2 pivə qədəhi əldə etmək olar. 2 pivə qədəhindən əlavə pivə sifariş etmək istəyənlər isə pivənin növündən asılı olaraq hər qədəh üçün 7-10 manat ödəməlidirlər. Təklif olunan pivə növləri isə alkaqolsuz Bitburger, filtir olunmamış Erdinger və Dark beer-di.

Digər bir oktaberfestin keçiriləcəyi ünvan JW Marriott Absheron Baku Hotel-də yerləşən Fireworks Urban Kitchen restoranında olacaq. Burada pivə sevərlər, festivalda sentyabr 29-dan oktyabrn 1-dək iştirak edə bilərlər. Festivalda iştirak etmək istəyənlər 55 manat ödəməklə limitsiz sayda Alman pivə çeşidi, qrildə hazırlanan ləziz sosislər, yager-şnitsel, ənənəvi alma piroqu və digər təamlardan dada və bir pivə qədəhi əldə edə bilərlər. Lakin əlavə 35 manat ödəməklə limitsiz sayda pivə də sifariş etmək olar. Bundan başqa  göstərilən tarixlərdə saat 18:00-dan 20:30-dək – 45 manat ödəməklə limitsiz draft pivəsi və ya həmin saatlarda həmin məbləği ödəməklə limitsiz ağ və qırmızı şərab sifariş etmək olar (fins.az). 

OXŞAR XƏBƏRLƏR