Bakıda küçə musiqisi festivalı keçiriləcək - ÇOX MARAQLI - TARİX, YERLƏR

Bakıda küçə musiqisi festivalı keçiriləcək - ÇOX MARAQLI - TARİX, YERLƏR
Xəbərlər 22 Sentyabr 2017 08:57 806
Bakıda küçə musiqisi festivalı keçiriləcək - ÇOX MARAQLI - TARİX, YERLƏR

Sentyabrin 23-24-də saat 19:00-da “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda “Xəzərin sahilində” küçə musiqisi festivalı keçiriləcək.

Fonddan seyyah.az-a verilən məlumata görə, Milli Musiqi Gününə həsr olunmuş festivalda müxtəlif janrlarda ifa edən iyirmidən artıq ifaçı və qrupun iştirakı nəzərdə tutulub.

Azərbaycanda ilk dəfə keçirilən küçə musiqisi festivalı üçün Dənizkənarı Milli Parkda xüsusi nöqtələr ayrılmış və avadanlıqla təchiz olunub. Festivalın keçirildiyi tarixlərdə kiçik səhnələrdə ifaçılar biri-birini əvəz etməklə öz proqramlarını təqdim edəcəklər. Küçə Musiqisi Festivalının ən maraqlı məqamlardan biri - səhnələrdən birinin boş saxlanılaraq, istənilən arzu edən şəxsə burada ifa etmək imkanın verilməsi olacaq.

"Xəzərin sahilində" küçə musiqisi festivalı üçün Dənizkənarı Milli Parkda 6 yer ayrılıb. Bunlar 

- "Azneft" səhnəsi


- "Kukla Teatrı" səhnəsi

- "Tosca" səhnəsi

- "Saat qülləsi" səhnəsi

- "Park Bulvar" səhnəsi

- "Dəniz Vağzalı" səhnəsidir. 

Səhnələrin yerini xəritədə belə tapmaq olar: 

“Xəzərin sahilində” küçə musiqisi festivalında Azərbaycanın tanınmış ifaçılarının iştirakı, müxtəlif səhnə şoularının təşkili də nəzərdə tutulub.

Festivalın keçirilməsində məqsəd, Bakı şəhərində küçə musiqiçilərinə münasibətin daha da yaxşılaşdırılması, gənclərin musiqi ətrafında toplaşaraq xoş vaxt keçirmələrinə nail olmaqdır.

 

OXŞAR XƏBƏRLƏR