"Go Travel" işçi axtarır - VAKANSİYA

"Go Travel" işçi axtarır - VAKANSİYA
Xəbərlər 22 Sentyabr 2017 09:24 2875
"Go Travel" işçi axtarır - VAKANSİYA

Seyyah.az turizm portalı xəbər verir ki "Go Travel" şirkəti tur meneceri vəzifəsinə vakansiya elan edib.

 

Tələblər

- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq (bacarıqlı və bu işdə həvəskar olanlara da üstünlük verilir)
- Azərbaycan dilinii yüksək səviyyədə bilmək (ingilis dili və rus dilini bilənlərə üstünlük verilir)
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Gülərüz və özünə qarşı tələbkar olmaq
- Vaxtın idarəolunması bacarığına malik olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq

 

Öhdəliklər

- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
- Mehmanxanaların bronlaşdırılması
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
- Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
- İş saatları: 09:00-dan 20:00-dək
- Şənbə günü: 10:00-dan 18:00-dək
- İstirahət günü; Bazar günü

İş haqqında

Əmək haqqı  200 - 400 AZN

Əlaqə (tel)   (012) 564-60-30, cv@gotravel.az
 

OXŞAR XƏBƏRLƏR