Dindarlar üçün Ərbəin turu – QİYMƏTLƏR

Dindarlar üçün Ərbəin turu – QİYMƏTLƏR
Xəbərlər 22 Sentyabr 2017 13:00 1077
Dindarlar üçün Ərbəin turu – QİYMƏTLƏR

Salam Tour turizm şirkəti dini ibadətgahlar olan, şəhərlərə bir neçə cür tur təşkil edir. Seyyah.az turizm portalı xəbər verir ki, Bakı-Tehran-Qum-Nəcəf-Kərbəla-Kazimeyn-Samirra şəhərlərinə səfərlər həyata keçiriləcək. Şirkətdən Turizm.fins.az-a verilən məlumata görə turlar həm avtobus həm də təyyarə ilə təşkil olunacaq.Bakı-Tehran-Qum-Nəcəf-Kərbəla-Kazimeyn-Samirra şəhərlərinə tur 31.10.2017 tarixində həyata keçiriləcək.  Tur avtobusla baş tutacaq. Səfər zamanı zəvvarlar 1 gecə Nəcəfdə oteldə, 5 gecə isə Kərbəla Mədrəsə və ya Hərəmin qonaq evində gecələyəcəklər. Səfərin qiyməti 270 dollardı.

Adı çəkilən istiqamətə avtodusla təşkil edilən digər turun qiyməti isə 300 dollardı. Bu turu yuxarıda sadalanandan  fərqli edən zəvvarların 1 gecə Nəcəfdə oteldə qaldıqdan sonra 5 gecə Kərbalada evdə qalmasıdır.

Bakı-Nəcəf-Kərbəla-Kazimeyn-Samirra-ya həmçinin təyyarə ilə də tur təşkil olunur. Səfər 03.11.2017 tarixində başlayacaq. Bu zaman zəvvarlar 1 gecə Nəcəfdə oteldə 5 gecə Kərbəlada evdə qalacaqlar. Səfərin qiyməti 630 dollardı.

Bakı-Nəcəf-Kərbəla-Kazimeyn-Samirra-ya təşkil edilən təyyarı ilə növbəti turun qiyməti isə 1160 dollardı. Bu zaman zəvvarlar Nəcəfdə və Kərbəlada 4 ulduzlu otellərdə qonaqlayacaqlar. Tura 03.11.2017 tarixində start veriləcək.

Məlumat üçün bildirək ki, bütün istiqamət turlarında Nəcəfdən Kərbəlaya 3 günlük piyada yürüşü həyata keçiriləcək (fins.az).

OXŞAR XƏBƏRLƏR