Türk Hava Yolları 40 yeni təyyarə alır

Türk Hava Yolları 40 yeni təyyarə alır
Xəbərlər 22 Sentyabr 2017 14:51 470
Türk Hava Yolları 40 yeni təyyarə alır

Türk Hava Yolları (THY), təyyarə istehsalçısı "Boeing" ilə geniş gövdəli 40 ədəd 787-9 Dreamliner sərnişin təyyarəsi üçün danışıqlara başlayıb.

 

Seyyah.az turizm portalı xəbər verir ki, bu barədə "Marja"ya THY-dən bildirilib.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  Amerika Birləşmiş Ştatları səfəri çərçivəsində "Boeing" və Türk Hava Yolları rəsmiləri yeni təyyarə alışı məsələsində danışıqlara başlayıb.

 

Məsələyə dair THY-dən edilən açıqlamada, cəmi 40 ədəd və 2019-dan başlayıb 2023-də tamamlanacaq 787-9 Dreamliner satınalma danışıqlarının başladığı qeyd olunub.

THY-nin İdarə Heyətinin sədri M. İlker Aycı məsələyə dair verdiyi bəyanatda, "787 Dreamliner dünyada ən son və ən müasir texnologiyaya malik olan təyyarələrdən biridir. Ona görə bu təyyarələr ilə donanmamızı gücləndirəcəyik. Eyni zamanda, sərnişin məmnuniyyətini artırmağı hədəfləyirik" ifadələrini istifadə edib.

OXŞAR XƏBƏRLƏR