Bu rayonda da hotellərin tikintisi başlandı

Bu rayonda da hotellərin tikintisi başlandı
Xəbərlər 22 Sentyabr 2017 14:53 579
Bu rayonda da hotellərin tikintisi başlandı

“Bu gün Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Xarici ölkələrdən gələn turistlərin sayı artmaqdadır. Təkcə bir faktı qeyd etmək istəyirəm ki, bu ilin yay turizm mövsümündə həm paytaxt Bakıda, həm də bölgələrdə hotellərin əksəriyyəti dolu olub”.


 
Seyyah.az turizm portalı APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşlarla görüşü zamanı deyib. Nazir bildirib ki, turist axını artdığına görə, yeni turizm obyektlərinin açılması istiqamətində işlər aparılmalıdı:

 

“Məndə olan məlumata görə, Kürdəmir rayonunda da bir neçə hotelin tikintisi aparılır”.


 
Bakıda və regionlarda kino nümayişinin həyata keçirilməsi işindən də danışan nazir əlavə edib ki, bu istiqamətdə görülən tədbirlər yerlərdə milli filmlərin daha geniş təbliğ olunmasına, eləcə də əhalinin asudə vaxtını səmərəli keçirməsinə xidmət edəcək. 


 
Qeyd edək ki, qəbulda Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak edib.

 

OXŞAR XƏBƏRLƏR