"Manor Hotel" işçi axtarır - VAKANSİYA

"Manor Hotel" işçi axtarır - VAKANSİYA
Xəbərlər 23 Sentyabr 2017 16:34 1028
"Manor Hotel" işçi axtarır - VAKANSİYA

Seyyah.az turizm portalı xəbər verir ki, "Manor hotel" satış meneceri vəzifəsinə vakansiya elan edib. 

 

Tələblər

- Ən azı Bakalavr təhsili
- Dil bilikləri: Azərbaycan(Əla), Rus(Əla) və İngilis(Yaxşı)
- Korporativ satış ilə əlaqədar 3-5 il iş təcrubəsi
- Ünsiyyətcil, yüksək nitq qabiliyyəti
- Təqdimat bacarığının olması Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (namizədin fotosunun olması mütləqdir) info@manor.az elektron ünvanına göndərə bilərlər. Göstərilən tələblərə cavab verməyən namizədlər müsahibəyə çağrılmayacaqdır. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində ( Korporativ Satış üzrə menecer) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

 

Öhdəliklər

- Bazarın təhlili, korporativ müştəri haqqında informasiyanın toplanması
- Yeni Korporativ müştərilər ilə əlaqələrin qurulması
- Yeni müqavilələrin bağlanılması üçün potensial müştərilərlə görüşlərin təşkili
- Müqavilə şərtləri haqqında danışıqların aparılması, müqavilələrin rəsmiləşdirilməsi
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
- İşgüzar yazışmaların həyata keçirilməsi
- Korporativ xidmətin yerinə yetirilməsinə və xidmət keyfiyyətinə nəzarət etmək
- Korporativ müştəri borclarının vaxtında ödənilməsinə nəzarət.
- Müştəri şikayətləri ilə iş
- Aylıq, rüblük hesabatların təqdim olunması, satış göstəricilərinə nəzarət
- Rəsmi əmək müqaviləsi, əmək kitabçası, sosial sığorta.
- Sınaq müddətindən sonra əmək haqqı: 1200-1500 AZN Maaş+Aylıq bonus (mənfəətin 3%-i)
- Sınaq müddəti: 3 ay
- Sınaq müddətində əmək haqqı: 1-ci ay: 500 AZN Maaş 2-ci ay: 600 AZN Maaş 3-cü ay: 800 AZN Maaş
- Karyera yüksəlişi perspektivi
- Qoyulmuş hədəflərə görə mükafatlandırma (bonus)
- Sınaq müddətində və bu müddətdən sonra nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir
- Sınaq müddətində namizəd şirkətə aylıq ən azı öz maaşının iki misli qədər mənfəət qazandırmalıdır. Əks halda namizəd şirkətə aylıq qazandırdığı mənfəətin 50%-i qədər əmək haqqı əldə edəcəkdir. Əgər namizədin 3-cü aydan sonra şirkətə qazandırdığı aylıq mənfəəti 2500 AZN-dən az olarsa, namizədlə əməkdaşlıq dayandırılır

İş haqqında

Əmək haqqı  500 - 800 AZN

Əlaqə (tel) (012) 565-94-99 (055) 322-00-11, info@manor.az
 

OXŞAR XƏBƏRLƏR