Turistlər Azərbaycanda 1,3 milyard dollar xərcləyib

Turistlər Azərbaycanda 1,3 milyard dollar xərcləyib
Xəbərlər 23 Sentyabr 2017 16:54 884
Turistlər Azərbaycanda 1,3 milyard dollar xərcləyib

2017-ci ilin ilk 6 ayında turistlər Azərbaycanda 1,3 milyard dollar xərcləyib. Seyyah.az turizm portalı xəbər verir ki, bu barədə Trend  Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Məlumata görə, 2017-ci ilin ilk 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq, 2,5 milyard dollara bərabər olub. Hesabata əsasən, xarici turistlər Azərbaycanda azərbaycanlı turistlərin xərclədiyi vəsaitdən 100 milyon dollar daha çox vəsait xərcləyib. Belə ki, xarici turistlərin Azərbaycandakı xərcləri 1,3 milyard dollar, azərbaycanlı turistlərin xaricdəki xərcləri 1,2 milyard dollar təşkil edib.

OXŞAR XƏBƏRLƏR