Gəncədə “hostel”lər tikiləcək

Xəbərlər 24 Iyun 2014 00:00 1324
Gəncədə “hostel”lər tikiləcək

Gəncəyə  əcnəbi gənclərin  marağını artırmaq məqsədi ilə Gəncədə hostellərin tikilməsi nəzərdə tutulub. Bu barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov bildirib.

Onun sözlərinə görə son üç ildə Gəncədə aparılan yenidən qurma və abadlıq işlərinin nəticəsi olaraq şəhər inkişaf edib gözəlləşir. Şəhərin bu cür inkişaf etməsi və 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilməsi nəticəsində şəhərə səyahət edən turistlərin sayı hər gün daha da çoxalır.

“Şəhərimizə ziyarət edən turistlərin sayının artması və əcnəbi gənclərin   şəhərimizə olan marağını artırmaq məqsədi ilə Gəncədə hostellərin tikilməsi nəzərdə tutulub. Hostellərin tikilməsi ilə bağlı layihəyə bu ilin sonuna qədər start verilməsi nəzərdə tutulub”,-  o deyib.

Hostel (yataqxana) - az büdcə ilə səyahət edən  səyyahlar, şagirdlər, tələbələr üçün ucuz qalmaq imkanı  təmin edən kiçik otellərdir.

Marja.az

OXŞAR XƏBƏRLƏR