Bakıda turizm festivalı keçiriləcək - İŞTİRAK PULSUZDUR

Bakıda turizm festivalı keçiriləcək - İŞTİRAK PULSUZDUR
Xəbərlər 26 Sentyabr 2017 19:51 1267
Bakıda turizm festivalı keçiriləcək - İŞTİRAK PULSUZDUR

27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək. Seyyah.az xəbər verir ki, festivalda 10-dan artıq ölkənin- (İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və s.) səfirliyi iştirak edəcək.

Festivalda iştirak edən ölkələr öz stendlərində ölkələri və Azərbaycandakı fəaliyyətləri barədə təqdimat edəcəklər. Şəhər sakinləri və xarici qonaqlar həmin çadırlara yaxınlaşaraq müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri, mətbəxləri və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı məlumatlar ala biləcəklər. Həmçinin həmin ölkədə təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlər və ölkəyə məxsus suvenirlər təqdim ediləcək.

Ümumdünya Turizm Təşkilatının Baş Qərargahı tərəfindən 1979-cu ildə təsis edilən Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Azərbaycanda ilk dəfə 2001-ci ildən keçirilməyə başlayıb. Festivalda hər kəs iştirak edə bilər. İştirak pulsuzdur.

OXŞAR XƏBƏRLƏR