Bu il Böyük Britaniyaya gələn turistlərin sayı rekord həddə çatıb.
Seyyah.az «The Guardian»a istinadən məlumat verir ki, təkcə iyulda krallığa 4 milyon xarici turist gəlib ki, bu da ötənilkindən 6% çoxdur. Turistər Britaniyada 2,7 milyard funt sterlinq və ya 5,2 milyard dollar pul xərcləyiblər ki, bu da əvvəlki ildən 3% artıqdır. Qəzetin məlumatına görə turist axınının səbəbə funtun ucuzlaşmasıdır – Britaniyanın Avropa Birliyindən çıxması barədə qəraran sonra funt 20% zəifləyib, bu da Böyük Britaniyaya səfəri daha cəlbedici edib.
Əvəzində funtun ucuzlaşması nəicəsində xaricə səfər edən britaniyalıların sayı azalıb. Bu dövrdə 6,9 milyon nəfər xaricə gedib ki, bu da əvvəlki ildən 2% azdır.