Bu ölkədə benzin 1 sentdir - XARİC HAQQINDA ƏN QƏRİBƏ FAKTLAR

Bu ölkədə benzin 1 sentdir - XARİC HAQQINDA ƏN QƏRİBƏ FAKTLAR
Xəbərlər 28 Sentyabr 2017 08:58 1857
Bu ölkədə benzin 1 sentdir - XARİC HAQQINDA ƏN QƏRİBƏ FAKTLAR

Dünyada ən çox boşanma halları Maldivdə, ən səxavətli insanlar Myanmada, ən qayğıkeş insanlar isə Yeni Zelandiyadadır. Seyyah.az insanların az-az getdiyi ölkələr haqqındakı qəribə faktları təqdim edir.

 

Cənubi Koreya: Ən sürətli internet

Cənubi Koreyada, haradakı insanlar həyatlarını internetsiz təsəvvür etmirlər, WI-FI olan yerdə özlərini evlərindəkindən daha rahat hess edirlər. Burada internet hətta küçədə də böyük sürətlidir. Opel Signal hesabatının məlumatlarına görə, ödkə ərazisinin 95,7%-i 4G şəbəkəsi ilə örtülüb. Cənubi Koreya internetin sürətinə görə, Honkonq və Yaponiyanı da keçib.

 

Maldiv adaları: Ən çox boşanma buradadır

Adətən Hind okeanındakı cənnətə bənzəyən bu adaya gənc ailələr bal ayı üçün gəlirlər. Amma nə qədər qəribə olsa da, məhz bal ayının məskəni sayılan bu adalar boşanmalar üzrə liderdir. Maldivdə boşanmaların əmsalı 10,97-dir. Boşanma hallarının çox olmasına görə, Maldiv adaları hətta Ginnesin rekordlar kitabına düşüblər. BMT-də hesablayıblar ki, ölkənin 30 yaşına çatmış hər bir qadın sakini az 3 dəfə ərdə olub. Bunun səbəbi hələ məlum deyil. Bəzi ehtimallara görə, adada erkən nigah dəbdə olduğuna görə insanlar gənc yaşlarında evlənir, sonra isə seçimlərinin düz olmadığını görərək boşanıb yenidən evlənirlər.

 

Yeni Zelandiya: ən ünsiyyətcil insanlar

Yeni Zelandiya təkcə «Üzüklər Hökmdarı»nın çəkildiyi möhtəşəm yaşıllıqları ilə deyil, həm də ünsiyyətcil sakinləri ilə məşhurdur. Bu Legatum araşdırma bürosunun sosialoqlarının dünya ölkələrində rifah halı ilə bağlı araşdırmasında ortaya çıxıb. Dünyanın bütün ölkələrini əhatə edən araşdırmada rifah halı 100 kateqoriya ilə hesablanıb: buraya şəxsi münasibətlər, ictimai həyatda iştirak, sosial şəbəkələrdə ünsiyyət və s. aiddir. İlk üçlükdə Avstraliya və Kanada da yer alıblar. Yeri gəlmişkən, ənənəvi illik Travel Awards sorğusuna görə, dünyanın ən yaxşı ölkəsi də məhz Yeni Zelandiyadır.

 

Myanma: ən səxavətli insanlar

Paradoksdur: kasıb Myanmanın sakinləri dünyanın ən səxavətli adamlarıdır. Dünya xeyriyyə indeksi (WGI) üzrə ötən il keçirilən sorğularda məlum olub ki, Myanma sakinlərinin 91%-i ehtiyacı olanlara əl tutub. 62% küçədə tanımadıqlarına kömək ediblər, 55% isə könüllü fəaliyyəti ilə məşğulolublar.

 

Banqladeş: ən çox vegetarian bu ölkədədir

Banqladeşdəki vegetarianların sayı həddən artıqdır. Burada dünyanın bütün ölkələrindən az ət yeyilir. BMT-nin FAO ərzaq təşkilatının məlumatına görə, hər bir Banqladeş sakini il ərzinə cəmi 4 kq ət yeyir.

 

Surinam: ən çox meşə əraziləri buradadır

Təbiəti, xüsusilə də meşələri sevənlər Surinama yollanmalıdırlar. Ölkə ərazisinin 95%-i meşə ilə örtülüb. Bu sahədə sonrakı yeri gözəl yaşıllıqları ilə Mikroneziya (92%), Seyşel adaları, Samoa və Palau (88%) tutur.

 

Venesuela: ən ucuz benzin

Başqa məsələləri nəzərə almasaq, Venesuelanı sürücülər üçün əsl cənnət saymaq olar. Burada benzinin bir litri cəmi 0,01 dollardır – 1 sent. Müqayisə üçün bildirək ki, dünyada benzinin orta qiyməti 97 sentdir. Bundan başqa, bu ölkədən 6 dünya gözəli çıxıb ki, Venesuela bu göstəriciyə görə, Britaniya, Hindistan və ABŞ-ı qabaqlayır. Yəni dünyanın ən gözəl qızları da bu ölkədə yaşayır.

 

Kosta-Rika: ən xoşbəxt adamlar

Xoşbəxtlik axtaranlar inamla Kosta Rikaya yola düşə bilərlər. Dünya Xoşbəxtlik indeksi göstərir ki, ən çoşbəxt adamlar bu ölkədədir. Halbki ənənəvi olaraq dünyanın xoşbəxtləri İsveçrə, Danimarka və Avstraliya sayılır. Amma xoşbəxtlik indeksində həmin ölkələr müvafiq olaraq 24, 32 və 105-ci yerləri tuturlar.

 

Meksika: ən işgüzar insanlar

Dünyada hamıdan çox meksikalılar işləyirlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) məlumatına görə, Meksikada orta statistik vətəndan həftədə 43,2 saat işləyir. Bu hər gün yemək fasiləsi olmadan gündə 9 saat işləməkdir. Bundan başqa, dünyada ən az rəsmi bayramlar da Meksikadadır – cəmi 7 bayram.

 

İslandiya: ən feminist ölkə

İndi İslandiyada gender bərabərliyi bumu yaşanır. Bunnula bağlı hazırlanan hesabata görə, sonrakı yerləri Norveç və Finlandiya tutur. Eləcə də İslandiya adambaşına enerji istifadəsinə və havaya buraxılan karbon qazının həcminə görə də liderdir.

OXŞAR XƏBƏRLƏR