Azərbaycana ilk qar yağıb.
Seyyah.az turizm portalı "Report"a istinadən xəbər verir ki, gecə saatlarında Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.
İlk qar əsasən Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.
Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.
****
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabrın 27-si gündüzdən 28-i səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.
Seyyah.az xəbər verir ki, sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-19, Lənkəran-Astara zonasında 14-150, Böyük Qafqazda 7-59, Mərkəzi-Aran rayonlarında 7-19, Kiçik Qafqazda 3-18, Qazax-Gəncə zonasında 3-8 mm olub.
Qar örtüyünün hündürlüyü Qırızda 11, Xınalıqda 13, Şahdağda 5, Ləzədə 2 sm təşkil edib.
.jpg)