Seyyah.az turizm portalı xəbər verir ki, «Buta Airways» şirkəti yeni kampaniyaya başlayıb. Şirkət sentyabrın 29-30-u Tbilisiyə bütün biletləri eyni qiymətə satacaq – 29 avro (58 manat). Bu barədə şirkətin yaydığı məlumatda bildiridir.
«Sentyabrın 29 və 30-u Bakıdan Tbilisiyə olan uçuşlarda BÜTÜN YERLƏR cəmi 29 avro! Qızıl xəzana bürünən qonaqpərvər Tbilisi payızda xüsusilə gözəldir.
Təsəvvür edin, şəhərin kiçik küçələrində nə qədər romantik şəkillər çəkmək olar! Elə indicə rəsmi saytımızda bron edin. Tələsin, aviabiletlərinin sayı məhduddur!»-deyə açıqlamada deyilir.
Bu təklifin «Buta Airways»in əvvəlki təkliflərindən fərqi odur ki, əvvəllər bütün uçuşlara biletlərin qiyməti 29 avrodan başlayırdı. Yəni təyyarədəki yerlərin yalnız bir hissəsi 29 avroya satılırdı. Bbiletlər satıldıqca qiymətlər də yüksəlirdi. Budəfəki təklifdə isə qiymət artımı yoxdur, bütün biletlər 29 avroya satılacaq. Sadəcə vaxtında almaq lazımdır.