Azərbaycanın iki böyük supermarket şəbəkəsi - BİRLƏŞİR

Azərbaycanın iki böyük supermarket şəbəkəsi - BİRLƏŞİR
Xəbərlər 29 Sentyabr 2017 12:22 1314
Azərbaycanın iki böyük supermarket şəbəkəsi - BİRLƏŞİR

Ölkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik təlabat malları ilə təminatını həyata keçirən, supermarket şəbəkələri birləşmək barədə qərar qəbul etdilər. Seyyah.az turizm və biznes portalı xəbər verir ki, 2011-ci ildən fəaliyyətə başlayan “ARAZ SUPERMARKET” və 2008-ci ildən fəaliyyətdə olan “FAVORİT-MARKET” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar verdilər.

Seyyah.az-ın məlumatına görə, birləşmə anına qədər «Araz» marketlər şəbəkəsinin 63, «Favorit» şəbəkəsinin isə 18 mağazası vardı. Beləliklə, bu birləşmə nəticəsində bazarda 80 mağazadan idarət böyük şəbəkə yaradılır.

Qeyd edək ki, sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək. 
Dünya təcürbəsinə istinad edərək söyləyə bilərik ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Yerli istehsal sektorunun inkişafı isə ölkə iktisadiyyatının əsas təkan verici qüvvəsi hesab olunur.

OXŞAR XƏBƏRLƏR