Meksika səfiri: "Lüləkababınız superdir"- MÜSAHİBƏ

Meksika səfiri: "Lüləkababınız superdir"- MÜSAHİBƏ
Xəbərlər 29 Sentyabr 2017 21:23 1093
Meksika səfiri: "Lüləkababınız superdir"- MÜSAHİBƏ

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Azərbaycanla bağlı təəssüratlarını bölüşüb. Seyyah.az turizm portalı fins.az-a istinadən müsahibəni olduğu kimi təqdim edirik.

- Ölkəmizdə daha çox hansı turizm məkanları xoşunuza gəlib və Azərbaycan  turizmində sizi daha çox nə cəlb edir?

- Azərbaycanı gəzib Qafqazın zinət məkanını görməkdə mənmunluq duydum. Şamaxı, Gəncə, Lənkəran, Xaçmaz, Qax- İlusu, Zaqatalada olmuşam. Çox gözəl mədəniyyətiniz və çox qədimi tarixiniz var.

- Azərbaycanda ən çox xoşunuza gələn hansı bölgə oldu?

- İlusu çox gözəldi mən deyərdim möhtəşəmdi.  Dağlar, mənzərə çox füsünkardı. İlusu çox xoşuma gəlir. Həmçinin Qobustan və palçıq vulkanları da çox bəyəndim.

- Meksikalı turistləri ölkəmizə necə cəlb edə bilərik?

- Meksika dünyada ən çox turist qəbul edən 8 ölkədən biridir. Bizim yaratdığımız belə bir konsepsiya var. Bu sehirli kənd adlanır. Sehirli kənd Meksikaya gələn turistlərə qədim tarixləri dadlı mətbəxi fərqli mədəniyyət ilə tanışlıq verir. Bundan başqa dəniz çimərlikləri və zəngin təbiətdə bizim ölkənin turizmini tanıdan məqamlardan biridir. O ki qaldı Meksikalı turistləri Azərbaycana cəlb etməyə biz hazırda bu məslə üzərində işləyirik. İstəyirik ki ilbəil iki ölkə arasında turistlərin sayı artsın. Hardasa məqsədimizə müəyyən qədər nail olmuşuq. Son iki ildə iki ölkə arasında turizm göstəriciləri iki dəfə artıb.

- Son bir ildə Meksikadan Azərbaycana və Azərbaycandan Meksikaya nə qədər turist gəlib ?

- Hazırda məndə bu rəqəmlər yoxdur. Amma deyə bilərəm ki umumi həcmin 3-də ikisi Meksikadan Azərbaycana gələnlərdi və 3-də biri Azərbaycandan Meksikaya gedənlər təşkil edir. Sadəcə Azərbaycanla Meksikanı məsafələr ayırır.

- Ən çox sevdiyiniz yemək hansıdır?

- Yeməkləriniz əladı. Milli yeməklərinizə söz ola bilməz.  Lülə kababınız da çox super və dadlıdır.  Bu yeməyi çox bəyəndim. Daha sonra piti də çox dadlıdır. Lənkəranda ləvəngi də yemişəm əladır. Həmçinin şah plovda çox dadlı yeməklərinizdən biridir. 

OXŞAR XƏBƏRLƏR