Azərbaycanda bəzi otellər yerli sakinləri qəbul etmirlər

Azərbaycanda bəzi otellər yerli sakinləri qəbul etmirlər
Xəbərlər 29 Sentyabr 2017 22:01 743
Azərbaycanda bəzi otellər yerli sakinləri qəbul etmirlər

Artıq bir müddətdir ki, ölkəmizdə qəribə tendensiya formalaşıb. Seyyah.az turizm portalı xəbər verir ki, bəzi otellər yerli vətəndaşlarımıza oteldə qonaqlmaq icazəsi vermirlər. Daha dəqiq desək ölkəmizdə hər hansı bir şəhərdə və ya rayonda qeydiyyatda olan şəxs həmin şəhərin və ya rayonun otelində qonaq ola bilmir. Maraqlısı isə budur  ki, bu kimi qanun ölkə qanunvericiliyində yer almayıb və bu qadağa yalnız otellərin tələblərindən irəli gəlir.

Məsələ ilə bağlı Azərbaycan Otellər və Restoranlar Assosasiyanın rəhbəri Samir Dübəndinin fikirlərini öyrəndik. O belə halların həqiqətən də olduğunu və bu qadağaların beynəlxalq standartlara uyğun olmadığını bildirdi. Assosasiya rəhbəri ölkə qanunvericiliyində belə bir qadağanın olmadığını və bəzi otel nümayəndələrinin bunu özlərindən uydurduqlarını söylədi. Samir Dübəndi bir müddət öncə otellərdə nigah kağızı kimi problemlərin olduğunu və hazırda bu məsələnin aradan qaldırılmaq üzrə olduğunu qeyd etdi.

Bəs bu cür problemlərlə qarşılaşan şəxs nə etməlidir? – Samir Dübəndi: İstər bölgələrdə istər Bakı şəhərində qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu şəhərin otelində qonaqlamaq icazəsi verilmədiyi halda Azərbaycan Otellər və Restoranlar Assosasiyasına, 012 434 78 77 telefon nömrəsinə müraciət etməyi məsləhət gördü.  Assosasiya rəhbəri bu kimi problemlə rastlaşanlara kömək etməyə çalışacaqlarını bildirdi. Bundan başqa həmin şəxslərin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə də müraciət etməyi  məsləhət görüldü (fins.az).

 

OXŞAR XƏBƏRLƏR