Istirahət üçün yayı ən çox səbirsizliklə gözləyən yəqin ki, ulduzlardır. Havalar istiləşən kimi onlar mövsüm boyu verdikləri konsertlərin, çəkilişlərin yorğunluğunu atmaq üçün istirahət mərkəzlərinə üz tuturlar. Amma bəzən hər şey planlaşdırılan kimi alınmır. Başlarına elə hadisə gəlir ki, istirahəti yarımçıq qoymaq məcburiyyətində qalırlar.
İstirahətdə başlarına gözlənilməz hadisə gələn tanınmışlar kimlərdir?
Beləliklə, ulduzların istirahət macəraları:
Dru Berrimo - Dənizdə çimib, istirahət etmək arzusu ilə yola çıxan aktrisanın xəyalları puç olub. Sevgilisi ilə istirahət mərkəzində olan Dru paraşütə tulanmaq qərarına gəlib. Əsən meh paraşütü elə uçurub ki, aktrisa sərhəddi keçərək, Meksikaya düşüb. Sərhəb polisi tərəfindən həbs olunan aktrisa düz iki gün doğmalarından cavab gözləyib. Sevgilisi isə aktrisanın öldüyünü düşünərək, onun üçün qəzetlərdə nekroloq yazdırmağa hazırlaşırmış.
Naomi Kembel - Günəşdə qaralarkən çimərlik paltarını yaxşı bağlamayan model hamını narahat etdi. Dənizə girmək üçün ayağa qalxan Nominin paltarını külək uçurub. Sahildəki bütün kişilər də onu tamaşa edib. Nəticədə istirahət mərkəzindəki kişilərin yanındakı qadınlar polis çağıraraq Naomini ictimai asayişi pozmaqla günahlandırıblar. Model onun heç bir günahı olmadığı, çimərlik paltarını küləyin uçurduğunu deyib. Bütün kişilərdə bunu təsdiqləyib. Nəticədə, Naomi kişilərin köməyi ilə həbs olunmaqdan canını qurtarıb.
Paris Hilton - Yay istirahətinə gedən Parisin başına qeyri-adi iş gəlib. Sən demə, olduğu yerdə Parisə çox oxşayan bir qız Hiltona bənzərliyindən istifadə etməyə çalışıb. Özünü hamıya Paris kimi təqdim edən oxşar kimdən borc pul, kimdən də müxtəlif hədiyyələr alaraq, onlara vədlər verib. Bir müddət sonra istirahət mərkəzində Parisə tanımadığı adamlar yanaşanda işin üstü açılıb. Paris polisə müraciət edərək, həmin qızın istirahət mərkəzindən qovulmasını istəyib.
Keyt Moss - Qızı ilə birlikdə dənizdə qayıqla gəzintiyə çıxan Keyt yolu unutduğundan, geri necə qayıdacağını bilməyib. Dənizin ortasında qalan model naməlum sahilə yan alıb. Qorxudan nə edəcəyini bilməyən Keyt 8 saat orada qalmalı olub. Yaxınları isə onların dənizdə batdıqlarını düşünərək, xilasediciləri köməyə çağırıb. Tapıldıqdan sonra Keyt düz 3 gün psixoloq müayinəsindən keçib.
Rihanna - Havay adalarına istirahətə gedən müğənninin arzularını oğrular puç edib. Sahilə enən müğənni qayıdanda nəinki pullarını, heç paltarlarını da tapmayıb. Zalım oğrular müğənniyə oteldən çıxmaq üçün paltar belə saxlamayıblar. Təkcə çimərlik geyimində qalan müğənniyə otel işçiləri paltar verib. Başı sənədlərini axtarmağa qarışan müğənni 1 aylıq istirahətindən 2 günə qayıdıb.
Ben Afflek - Mayamiyə istirahətə gedən aktyorun başına pərəstişkarı oyun açıb. Aktyorun dənizə girdiyini görən Sara adlı qız özünü elə göstərib ki, guya boğulur. Afflek onu xilas edib. Səhərisi Sara ona təşəkkür etmək məqsədilə aktyoru evinə dəvət edib. Qapıları açarlayan Sara aktyoru iki gün yanında saxlayıb.
Axşam.az