Yani ildə bir çoxları Avropa ölkələri, Rusiya paytaxtı Moskvaya üz tuturlar. Lakin artıq bu istiqamətlərdə bir neçə dəfə səfər edənlər var. Həmin şəxslər Yeni İli artıq bir neçə dəfə səfər etdikləri şəhərə yox daha fərqli məkanlara başçəkməklə qeyd etmək istəyirlər. Məhz belə səyyahlar üçün turizm şirkətlərimiz Hindistan paytaxtı Dehliyə Yeni İl turu təşkil edir. Turun müddəti 7 gecə 8 gündür. Bu müddət ərzində turistlər qədim şərq mədəniyyəti, Hindistan paytaxtı ilə yaxından tanış ola bilərlər. Turun qiyməti 899 avrodur. Bu qiymətə aviabilet (gediş-gəliş), qidalanma (səhər yeməyi,) viza dəstəyi və 7 gecə 8 gün oteldə qonaqlama daxildir.