Xınalığa qış gəlib: qarın hündürlüyü 20 santimetrə çatır - FOTOLAR

Xınalığa qış gəlib: qarın hündürlüyü 20 santimetrə çatır - FOTOLAR
Xəbərlər 3 Oktyabr 2017 10:41 612
Xınalığa qış gəlib: qarın hündürlüyü 20 santimetrə çatır - FOTOLAR

 

  Oktyabrın 1-dən hava şəraitinin kəskin dəyişməsi nəticəsində Quba və Qusarın yüksək dağlıq ərazilərinə qarın yağması davam edir. Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.Ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 17 santimetrə çatıb. Qırız kəndinə 7, Qusarın Ləzə kəndinə isə 3 santimetr qar yağıb. Qeyd edək ki, qarın yağması Quba-Xınalıq, o cümlədən digər ucqar kəndlərə gedən yollarda çətinlik yaratmayıb. /azərtac/

OXŞAR XƏBƏRLƏR