Nəhəng aviaşirkət uçuşları dayandırdı

Nəhəng aviaşirkət uçuşları dayandırdı
Xəbərlər 3 Oktyabr 2017 10:49 471
Nəhəng aviaşirkət uçuşları dayandırdı

Böyük Britaniyada sayca 5-ci ən böyük aviaşirkət olan Monarch Airlines bütün istiqamətlərə uçuşları dayandırıb. Həmçinin alınmış  300 min aviabileti ləğv edilib. Turizm.fins.az BBC-yə istinadən xəbər verir ki, bu günə kimi hələ heç bir Britaniya aviaşirkəti bu tərzdə müflis olmayıb.Monarch Airlines 2016-cı ilin oktyabrndan bu günə kimi 390 milyon dollar ziyan edib. 300 min ləğv edilmiş biletə görə 750 min sərnişin zərər çəkib. Adı çəkilən aviaşirkət rəsmiləri artıq bilet alaraq uçuş etmiş şəxsləri pulsuz geri qayıtmaq imkanı yaradacaqlarını bildiriblər.Monarch Airlines şirkətinin rəhbəri Endryu Svaffild müflis olmalarının səbəbini Misirdə , Tunisdə terror hadisələri və Türkiyə bazarında uğursuzluqları ilə izah edib. Lakin KPMG audit şirkətlərindən birinin nümayəndəsi Bleyr Nimmo şirkətin müflis olmasına əsas səbəbin yanacağın qiymətinin qalxması və bazarda daha ucuz uçuşların həyata keçirilməsi ilə əlaqəli olduğunu iddia edib. 

OXŞAR XƏBƏRLƏR