Ölkəmizdə istər qışda istərsə də yayda turistlər tərəfindən ən çox səfər edilər bölgələrdən biri də Qəbələdir. Bura nəinki yerli turistlər həmçinin əcnəbi turistlər arasında da geniş populyarlıq qazanıb. Bunu nəzərə alaraq Turizm.fins.az Qəbələdə ən ucuz oteli müəyyənləşdirib. Qəbələ Turizm İnformasiya mərkəzindən Turizm.fins.az-a verilən məlumata görə Qəbələdə ümumilikdə 11 otel var. Aparılan araşdırmalardan belə bəlli olub ki, Qəbələdə ən ucuz otel Karvan ən bahalı otel isə Chenot Palace oteli olub.
Otellərin qonaqlama qiymətlərini təqdim edirik.
| Otellərin adı | Otaq qiymətləri | Qiymətə daxil xidmətlər |
| Karvan otel | 1 nəfərlik-30 manat 2 nəfərlik-40 manat | Səhər yeməyi |
| Qafqaz Karvansaray otel 4* | 1 nəfərlik-85 manat 2-nəfərlik-100 manat | Səhər yeməyi +spa xidmətlər |
| Qəbələ City otel 3* | 1 nəfərlik-60 manat 2 nəfərlik-75 manat | Səhər yeməyi |
| Qafqaz Sport otel 5* | 1 nəfərlik-100 manat 2 nəfərlik-120 manat | Səhər yeməyi+spa xidmətlər+fitnes zal |
| Qafqaz Riverside Resort otel 5* | 1 nəfərlik-120 manat 2 nəfərlik-140 manat | Səhər yeməyi+spa xidmətlər+fitnes zal |
| Qafqaz Tufandağ Mountain Resort otel 5* | 1 nəfərlik-190 manat 2 nəfərlik-210 manat | Səhər yeməyi+spa xidmətlər+fitnes zal |
| Qafqaz Resort otel 5* | 1 nəfərlik-100 manat 2 nəfərlik-115 manat | Səhər yeməyi+spa xidmətlər+fitnes zal |
| Qəbələ Duyma otel 4* | 1 nəfərlik-yoxdur 2 nəfərlik-70 manat | Səhər yeməyi+spa xidmətlər+fitnes zal |
| Qafqaz Yeddi Gözəl otel 3* | 1 nəfərlik-65 manat 2 nəfərlik-80 manat | Səhər yeməyi+spa xidmətlər+fitnes zal |
| Qafqaz Thermal & Spa Hotel 4* | 1 nəfərlik-90 manat 2 nəfərlik-110 manat | Səhər yeməyi+spa xidmətlər+fitnes zal |
| Chenot Palace 5* | 2 nfərlik-277 avro | Chenot Palace müalicə mərkəzi olduğundan bu oteldə otaq bronlamaq üçün mütləq müalicə proqramı da əldə etmək lazımdır. Ən ucuz 3 günlük müalicə proqramı isə 1580 avrodur |
Məlumat üçün bildirək ki , cədvəldə göstərilən qiymətlər yalnız standart otaqlar üçün nəzərdə tutulub. Bundan başqa qiymətlər oteldə doluluq və həftənin günlərinə uyğun olaraq qiymətlər dəyişir