“Buta Airways” bu şəhərə də uçacaq - QİYMƏT

“Buta Airways” bu şəhərə də uçacaq - QİYMƏT
Xəbərlər 3 Oktyabr 2017 19:23 1082
“Buta Airways” bu şəhərə də uçacaq - QİYMƏT

Azərbaycanın ilk aşağı büdcəli “Buta Airways” aviaşirkəti oktyabrın sonlarından Rusiyanın Sankt-Peterburq şəhərinə müntəzəm uçuşlara başlayacaq. Seyyah.az turizm portalı xəbər verir ki bu barədə Sankt-Peterburqun “Pulkovo” hava limanının mətbuat xidməti məlumat yayıb. Bakı-Sankt-Peterburq-Bakı reysləri həftədə beş dəfə həyata keçiriləcək.

“Buta Airways” ilə Sankt-Peterburqa uçuşun qiymətinə gəlincə, Seyyah.az xəbər verir ki, 03.10.2017-ci il tarixində aparılan arasdirmaya əsasən oktyabrin sonunda uçuş üçün (iki tərəfə) ən aşağı qiymət 208 manatdır.  

Qey edək ki, “Pulkovo” hava limanı Rusiyanın 4-cü iri aeroportudur. “Pulkovo-1” terminalında aparılan yenidənqurma işlərindən sonra hava limanı ildə 18 milyon sərnişinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR