Ölkəmizdə inkişaf edən sahələrdən biri də turizm sahəsidir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistikaya görə 2016-cı ildə ölkəmizə 2 248,8 nəfər turist gəlib. Maraqlıdır bəs görəsən ölkəmizə gələn turistlər daha çox hansı növ turizmi seçirlər?Turizm.fins.az-ın sualını cavablandıran Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov ölkəmizdə turizm növlərindən ən çox Biznes və Kongres turizminin inkişef etdiyini bildirdi. O ölkəmizdə beynəlxalq yarışların və müxtəlif beynəlxalq səviyyəli tədbirlərin keçirildiyindən bu növ turizmin ölkəmizdə inkişaf etməsinə səbəb olduğunu qeyd etdi. Müzəffər Ağakərimovun sözlərinə görə ölkəmizdə ikinci ən çox inkişaf edən turizm növü isə qış turizmidir. Buna səbəb Azərbaycanda olan qış turizm komplekslərinin beynəlxalq standartlara cavab verməsidir. Assosasiya nümayəndəsinin sözlərinə görə ölkəmizdə 3-cü ən çox inkişaf edən turizm növü isə gəlmə turizmidir. Müzəffər Ağakərimovun sözlərinə görə bu növü seçən turistlər şəhər gəzintisinə üstünlük verən turistlərdi.