Gəncədən Bakıya uçan təyyarələr gecikir

Xəbərlər 30 Iyun 2014 00:00 1501
Gəncədən Bakıya uçan təyyarələr gecikir

Ötən gün Gəncədən Bakıya uçan təyyarələrdə gecikmə olub. Ötən gün gönorta saatlarında Bakıya gəlməli olan sərnişinlərə reysin növbəti saatlara təxirə salındığı deyilib. Lakin sərnişinlər Bakıya gələ bilməyib.

 

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli  gecikmələrin  hava şəraiti ilə əlaqədar olduğunu deyib.

 

“Bütün günü Gəncə-Bakı trasında  dolu müşahidə edilib. Dolu təyyarələrin hərəkətinə problem yaradıb. Gün ərzində Gəncədən Bakıya gəlməli olan bütün reyslər təxirə salınıb. Bu gün səhər saatlarında  bir təyyarə Bakıya gəlib. Hava şəraiti normal olarsa, digər reyslər də gün ərzində gələ biləcək”.

 

Publika.az

OXŞAR XƏBƏRLƏR