8 gün Macarıstanda - QİYMƏT

8 gün Macarıstanda - QİYMƏT
Xəbərlər 6 Oktyabr 2017 12:56 978
8 gün Macarıstanda - QİYMƏT

Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeşt Avropa Birliyinin böyüklüyünə görə 8-ci şəhəridir. 1873-cü ildə Dunayın şərq sahilində yerləşən Peştin qərb sahillərində yerləşən Buda və Obudanın birləşməsi nəticəsində indiki Budapeşt şəhəri yaranıb. Budapeşt Avropanın həqiqi "incisi" və gözəl paytaxtı hesab olunur. Yaşıllıqlarla əhatələn şəhərdə gəzməli-görməli yerlərin sayı çoxdur. Məsələn, barokko üslubundakı məhəllələr, möhtəşəm teatr və saraylar özlərində imperiya ruhunu saxlayıblar. Qədim macar krallarının və müqəddəslərinin, macar torpağının fatehlərinin abidələri, görkəmli parlament binası günün istənilən çağında göz oxşayır.

Bu şəhərin gözəlliyini və bura azərbaycanlıların marağını nəzərə alaraq turizm şirkəti Macarıstan paytaxtına tur təşkil edir. Belə ki, Səyyah.az turizm portalının məlumatına görə turizm şirkətindən turizm.fins.az-a verilən məlumata görə şirkət 11.12.2017-18.12.2017 tarixlərində Macarıstan paytaxtı Budapeştə 7 gecə 8 günlük tur təşkil edəcək. Turun qiyməti 190 avrodur. Bu qiymətə aviabilet (Bakıdan birbaşa aviareys ), 3 ulduzlu oteldə qonaqlama, qidalanma (səhər yeməyi) daxildir. Viza rüsumu və sığorta qiymətə daxil deyil. Qiymətlər iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb.

OXŞAR XƏBƏRLƏR