Bilyiniz kimi bu il Avropada turizm şəhəri adını Rusiyanın Sankt-Peterburq şəhəri qazanıb.
Odur ki, Avropanın turzim paytaxtı ilə maraqlananlar Yeni İl-də bu şəhərə təşkil olunacaq turlarla maraqlana bilərlər. Səyyah.az turizm portlaının xəbərinə görə yeni ildə şəhərin demək olar ki, hər bir yerində müxtəlif növ konsert proqramları və şoular təşkil olunur. Ən böyük şou proqramlar isə Saray meydanında və Nevski prospektində keçirilir. Hər il Yeni İl bayramında minlərlər turist bu günü qeyd etmək üçün Sankt-Peterburq şəhərinə gəlir. Elə ölkəmizdən də Yeni İli Sankt-Peterburqda keçirmək istəyənlər az deyil. Belə turlardan birinin qiyməti 330 dollardı. Turun müddəti 7 gecə 8 gündür. Göstərilən qiymətə aviabilet, oteldə qonaqlama, səhər yeməyi daxildir. Məlumat üçün bildirək ki,qiymət iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb.