"Ən gözəl tətil anım” şəklini göndər, hədiyyə qazan- "Terra Travel”-dən

Xəbərlər 3 Iyul 2014 00:00 2085
"Ən gözəl tətil anım” şəklini göndər, hədiyyə qazan- "Terra Travel”-dən

“Terra Travel” turizm şirkəti 2014 yay mövsümü üçün “Ən gözəl tətil anlarım” adlı foto müsabiqə elan edib. Seyyah.az xəbər verir ki, müsabiqənin şərtlərinə görə, “Ən gözəl tətil anım” adlandırılan şəkili çəkib göndərməklə ən çox səs toplayan iştirakçı hədiyyə qazanacaq. 

 

Müsabiqə haqqında daha ətraflı:

 

Ən gözəl tətil şəklini axtarıq;
“Ən gözəl tətil anım” deyə çəkdiyin şəklini info@ terratravel.az mail ünvanına göndər;
Dostlarına xəbər ver;
Ən çox bəyənilən şəkilin sahibi ol;
Dəyərli hədiyyəni qazan!

 

Müsabiqənin keçirilmə tarixi:

06 iyul – 20 iyul tarixlərində “Ən gözəl tətil anlarım” foto müsabiqəsində iştirak etmək istəyənlərin fotolarının qəbulu;
21 iyul -30 iyul tarixlərində rəsmi facebook səhifəmizdə (https://www.facebook.com/terratravelazerbaijan) “Ən gözəl tətil anlarım” fotoalbomunda göndərilmiş şəkillərin paylaşılması;
30 iyul saat 17.00-da müsabiqədə səs vermə başa çatır və bu saatdan sonra verilmiş səslər qəbul olunmur;
01 avqust tarixində qaliblərin elan olunması;
04 avqust tarixində qaliblərin mükafantlandırılması.

 

Müsabiqənin şərtləri:
Foto haqqında...
Fotolar tətil mövzusunda son bir ildə çəkilməlidir;
Fotolar 2014-cü il iyul ayının 6-dan iyul ayının 20-dək info@terratravel.az elektron ünvanına,mövzu yerinə “fotomüsabiqə” qeyd edilməklə göndərilməlidir;
Foto göndərilərkən bu məlumatlar mütləq müşaiət olunmalıdır : müəllifin adı, soyadı,fotonun çəkildiyi yer, tarix, əlaqə telefonu;
Fotolar müsabiqəyə elektron formada təqdim edilir və fotonun ölçüsü uzun tərəfi 1000 pikseldən az olmamalı və JPEQ formatda olmalıdır;
Bir şəxsdən 1-dən (bir) artıq şəkil qəbul olunmur;
Fotomüsabiqədə iştiraka müəllifin özünün mülkiyyət hüququ olan fotolar buraxılır. Əks halda iştirakçı müsabiqədə iştirak etməkdən kənarlaşdırılacaq. İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir.
İştirakçının istəyi ilə fotolar götürülə və ya digərləri ilə əvəz edilə bilməz.
İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək.
İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına (eləcə də insan təsvirlərindən qeyri-qanuni istifadəyə görə) hüquqi məsuliyyət daşıyır.


Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq.

 

Səslərin hesablanması:

“Bəyənilən” sayları hesablanarkən sadəcə “Ən gözəl tətil anlarım” albomundakı “Bəyənilmələr” keçərli olacaq.
“Ən gözəl tətil anlarım” albomundakı şəkili Bəyənmə o vaxt hesaba alınacaq ki, həmin şəkili bəyənmiş istifadəçihttps://www.facebook.com/terratravelazerbaijan səhifəsini Bəyənmiş olsun.

 

Hədiyyələr:

Birinci yer –2015-ci ildə Türkiyəyə erkən rezervasiya otellərinə ediləcək 60% endirim;
İkinci yer -İki nəfərlik şam yeməyi;
Üçüncü yer -Tətil anlarınızı əbədiləşdirmək üçün gözəl bir foto çərçivə

OXŞAR XƏBƏRLƏR