Rusiyanın turoperatorları Naftalana gələcək

Rusiyanın turoperatorları Naftalana gələcək
Xəbərlər 7 Oktyabr 2017 13:52 658
Rusiyanın turoperatorları Naftalana gələcək

Naftalanın turizm imkanlarını beynəlxalq aləmdə tanıtmaq və şəhərə daha çox turist cəlb etmək məqsədilə oktyabrın 7-də Rusiyanın müxtəlif bölgələrindən olan turoperatorlar şəhərdə səfərdə olacaqlar. Səyyah.az turizm portalının xəbərinə görə Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Rayda Travel Agentliyinin və “Naftalan otel Qaşaltı”nın təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Rusiyanın ayrı-ayrı bölgələrindən olan “Goodtime”, “Devisu”, “Matreshka”, “Planeta” və digər operatorlar iştirak edəcək. Səfər zamanı qonaqlar “Naftalan otel Qaşaltı”da olacaq, bu müalicə-istirahət mərkəzində yaradılan şərait, təklif olunan xidmətlər, eləcə də unikal təbii tibbi xassəyə və müalicə xüsusiyyətlərinə malik balneoloji Naftalan nefti əsasında həyata keçirilən müalicə prosedurları haqqında yaxından məlumat öyrənəcəklər.

OXŞAR XƏBƏRLƏR