"Tufandağ"da əyləncə necəyə başa gəlir?- QİYMƏTLƏR

Bütün kanat yollarından istifadə 6 yaşından kiçik uşaqlar üçün pulsuzdur.
Xəbərlər 14 Yanvar 2014 00:00 9273
"Tufandağ"da əyləncə necəyə başa gəlir?- QİYMƏTLƏR

 

“Tufandağ”  yay – qış istrahət mərkəzində kanat yollarının və xizək kirayələnməsinin qiymətləri açıqlanıb. “Tufandağ” Qış-Yay Turizm Kompleksində 4 kanat yolu fəaliyyət göstərir. Hər kanat yolu digər kanat yolu ilə əlaqəlidir. Kanat yollar L2 (2500 m uzunluqda, 704 m yüksəklik), L4 (1000 m uzunluqda, 409 m yüksəklik), L5 (1170m. uzunluqdda, 159 m yüksəklikdə), L6(1130 m. uzunluqda, 510 m yüksəklikdə) adlandırılmışdır. L2 yolu 5 AZN (birdəfəlik), digərləri isə 3 AZN–dir. Bütün kanat yollarından istifadə isə 10 AZN–dir. 18-19 yanvar tarixində L4 və L5 adlı kanat yolları fəaliyyət göstərəcək, 26 yanvardan sonra isə bütün kanat yolları fəaliyyət göstərəcəkdir.


Bütün kanat yollarından istifadə 6 yaşından kiçik uşaqlar üçün pulsuzdur.


Gələcəkdə kompleksdə 2800 m uzunuqda və 1140 m hündürlükdə L7, 1500 m uzunuqda və 700 m hündürlükdə L8, 1110 m uzunuqda və 640 m hündürlükdə L 10 kanart yolları istifadəyə veriləcəkdir.


Xizək kirayələnməsi 14 AZN (yarım günlük ; 09:00 – 13:00 və ya 13:00 – 17: 00) təşkil edir. Bütün günlük isə 20 AZN (Bütün günlük ; 09:00 – 17:00) Bu qiymətinə ayaqqabı, xizək daxildir. Xizək yoluna daxil olmaq üçün isə yarımgünlük 10 AZN (yarım günlük ; 09:00 – 13:00 və ya 13:00 – 17: 00), Bütün günlük isə 15 AZN (Bütün günlük ; 09:00 – 17:00) ödəniş etmək lazımdır. Xizək kirayələnməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.


Qeyd edək ki, turizm şirkətlərindən biri cəmi 31 manat Qəbələdə “Tufandağ”a tur təşkil edir.


Yanvarın 3-də Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı olmuşdur. Dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında  “Qafqaz Resort” oteli yerləşir. Bu istirahət mərkəzi gün ərzində 3 min nəfərə xidmət göstərmək imkanına malik olacaqdır.


Marja.az

OXŞAR XƏBƏRLƏR